Bağırsağınız SAAT KİMİ işləyəcək
Bizi izləyin

Sağlamlıq

Bağırsağınız SAAT KİMİ işləyəcək

Qəbizlik bir çox müasir insanların problemidir.

Qəbizlik bir çox müasir insanların problemidir. Azhərəkətli həyat tərzi, düzgün olmayan qidalanma, fast-fud, xroniki stress - bütün bunlar bağırsaqların normal fəaliyyətinə ciddi ziyan vurur, bağırsaqları "tənbəlləşdirir".

Bağırsaqların normal fəaliyyətini təmin etmək üçün sizə çox sadə vasitələri təqdim edirik. Bu vasitələrdən daim istifadə etməkli siz bağırsaqların fəliyyətini çox asan tənzimləyə bilərsiniz.

Səhər acqarına 1-2 stəkan ilıq su için. Bu bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir. Yarım stəkan sudan başlayın və sonra tədricən 2 stəkana çatdırın. Suyu kiçik qurtumlarla için, tələsməyin.

Daha sonra sadə gimnastik hərəkətləri edin. Önə, arxaya, yanlara əyilmək, "press" üçün məsğələlər, "göbək rəqsi"ni xatırladan hərəkətlər bağırsaqların peristaltikasını (hərəkətliliyini) stimullaşdırır.

Bundan sonra səhər yeməyinizi yeyə bilərsiniz. Sıyıqlar, tərəvəz salatları, süd məhsulları bağırsaqlar üçün ən faydalı qida növləridir. Tünd çay və qəhvədən imtina edin. Bu içkilər bağırsaqları "bərkidir". (saglamolun.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm