• USD 1,7001 0,00% EUR 1,9994 -0,19%
    • GBP 2,2668 -0,79% RUB 0,0289 0,00%

Qadınlara menstruasiya günlərində ödənişli məzuniyyət veriləcək - YENİ QANUN

Qadınlara menstruasiya günlərində ödənişli məzuniyyət veriləcək - YENİ QANUN

Tezliklə İtaliya yeganə Qərb ölkəsi olaraq tarixə düşəcək. Bu ölkədə qadınlara menstruasiya günlərində ödənişli məzuniyyət veriləcək

Publika.az xəbər verir ki, qanun layihəsi təsdiqlənmək üçün İtaliya parlamentində müzakirəyə çıxarılıb.

Hazırlanan layihəyə görə, şirkətlər qadın əməkdaşlarına "özəl günlərdə" hər ay 3 gün müddətinə öz hesablarına məzuniyyət verəcəklər.

Ekspertlər bu layihənin uğursuz tərəflərini analiz ediblər. Onların sözlərinə görə, bu qanun layihəsi qüvvəyə minərsə, işə qəbul zamanı əks cinsin nümayəndələrinə daha çox üstünlük veriləcək. Bu danılmaz faktdır.

Layihə tərəfdarları isə əmindirlər ki, bu addım kollektiv arasında rahat atmosfer yaratmağa, müdiriyyət və işçi münasibətlərində, həmçinin cəmiyyətin inkişafında yeni mərhələ olacaq.

Güclü ağrılardan əzab çəkən qadınlar üçün xüsusi məzuniyyətin verilməsi haqqında analoji qanun artıq Yaponiya və Cənubi Koreyada qəbul edilib. Bu ölkələrdə də mövzu barədə mübahisələr indiyə qədər davam edir.

Könül Cəfərli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>