Ginekoloqların qadınlara demədiyi 6 FAKT
Bizi izləyin

Sağlamlıq

Ginekoloqların qadınlara demədiyi 6 FAKT

Seksin hansı növünə üstünlük verməniz...

Ginekoloqa müraciət edən bir çox qadınlar utandığından həkimin bəzi suallarına cavab verməyə çəkinirlər. Lakin bununla qadınlar özləri-özünə zərər vermiş olur.

Publika.az Rusiya mətbuatına istinadən ginekoloqların ən geniş yayılmış qadın qorxuları və yanlışlıqları barədə fikirlərini təqdim edir.

1. İntim bölgənin epilyasiyası

Nədənsə bir çox xanımlar əmindir ki, həkim müayinə zamanı bu həssas bölgənin təmizlənməsinə baxır. Amma həkimlər bu iddiaları rədd edir. Onlar öz işinin peşəkarıdır, həkimlər üçün qadın sağlamlığının qaydasında olun-olmasını yoxlamaq daha vacibdir. Ginekoloqlar çox yaxşı bilir ki, onların başlıca vəzifəsi nəyin bahasına olursa-olsun narahatlıq səbəbini aydınlaşdırmaqdır. Sizin epilyasiya etdirib-etdirməməyiniz həkimi narahat edən ən sonuncu məsələ ola bilər.

2. Və qoxu barədə narahat olmağa dəyməz

Bir çox qadınlar qoxuların yaranması səbəbindən əməlli-başlı narahatlıq keçirir. Lakin həkimlər özləri etiraf edir ki, bu amilə demək olar ki, diqqət yetirmirlər. Əlbəttə ki, həkimlər bəzi qoxuların hansısa xəstəliyin əlaməti olmasından şübhələnə bilər. Başqa sözlə desək, onlar bu qoxuya sırf peşəkar baxımdan yanaşır. Ona görə də həkimə getməzdən əvvəl gün ərzində dəfələrlə duş qəbul etmək lazım deyil. Əslində siz cinsəl orqanının bütün florasını təmizləməklə təhlillərin etibarsız olmasına təsir göstərmiş olacaqsınız.

3. Menstruasiyaya görə həkim qəbulunu təxirə salmayın

Əgər siz qarşıdakı menstruasiya günlərini səhv hesablayaraq həkim qəbuluna yazılmısınızsa və xüsusən də əgər özünüzü narahat hiss edirsinizsə, müayinəni təxirə salmaq lazım deyil. Bu günlərdə həkim müayinəsinə heç cür təsir göstərməyəcək. Bundan əlavə, elm o qədər irəliləyib ki, aparatlar menstruasiya qanı ilə uşaqlıq hüceyrələrini "ayırmağı" bacarır. Ginekoloqlar özləri də dəfələrlə etiraf edib ki, menstruasiya günləri qəbulu təxirə salmaq üçün səbəb ola bilməz. Əgər həkimə narahatçılıq verəcəyinizi düşünürsünüzsə, onda doğuş prosesini fikirləşin.

4. Qaşınma varsa, həkimin də bundan xəbəri olmalıdır

Bir çox qadınlar həkimə qaşıntı haqda danışmağa çəkinir. Çox nahaq yerə, çünki bununla onlar mümkün xəstəliyin inkişafına səbəb olur. Məsələ ondadır ki, kifayət qaşıntı bəzi qadın xəstəliklərinin ilkin əlamətləri ola bilər. Əgər ginekoloqa xoşagəlməz qaşıntılar barədə sizi narahat edən sualları verməsiniz, həkim səbəbləri aydınlaşdıra bilməz. Odur ki, problemləri gizlətməyin, sizi narahat edən məsələlər haqqında həkimə düzgün məlumat verin.

5. Bütün qadınlara eyni dərəcədə münasib kontrasepsiya vasitəsi yoxdur

Müxtəlif qadınlara müxtəlif kontrasepsiya vasitələri uyğun gəlir, yalnız ginekoloq sizin üçün səmərəli kontrasepsiya seçə bilər. Amma ginekoloqların böyük hissəsi hesab edir ki, ən yaxşı qoruyucu hüceyrədaxili kontrasepsiyadır. Niyə? Bu təhlükəsiz, uzunmüddətli və səmərəlidir. Bundan başqa, son araşdırmalar göstərib ki, spiral aybaşı vaxtı qanaxmasını azaldır, həm də uşaqlıq xərçənginin yaranma riskinin qarşısını almağa kömək edir.

6. Sizin cinsəl həyatınız həkimləri yalnız peşəkar baxımdan maraqlandırır

Ginekoloq sizə intim həyatınızla, seksin hansı növünə üstünlük verməniz və cinsi oriyentasiyası bağlı sual verəndə utanmayın. Bu suallara yalan cavab verməyə dəyməz. Həkimə nə qədər ətraflı cavab versəniz, o, bir o qədər tez nəticə çıxara, əlavə təhlillər və araşdırmalar apara biləcək. Bu, ginekoloqun sizinlə səmimi söhbət etmək istəyindən deyil, yalnız sizin səhhəimiz üçün əhəmiyyət kəsb edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm