Turşu suyunun FAYDALARI
Bizi izləyin

Sağlamlıq

Turşu suyunun FAYDALARI

Turşu suyu 85 saniyə qan dövranını yaxşılaşdırır.

İnsanlar ya şirin, ya da turş qidalara meyillidir. Əksər insanlar turş meyvələri, şorabaları və turşu sularını süfrədən əskik etmir. Bəs bu turşu sularının orqanizmə nə kimi ziyanı və faydası var ?

Publika.az sizə turşu suyunun bəlli bir miqdarda içilməsinin insan orqanizminə faydaları barədə məlumat verəcək:

Turşu suyu içmək bədənin ehtiyacı olan bir çox maddələri təmin edir. Turşu suyu çox insanın düşündüyü kimi insan sağlamlığına birbaşa fayda verməsə də, inanılmaz bir elektrolit, anti-oksidant və qida mənbəyidir. Turşu suyu içərək orqanizminizin təbii yolla öz-özünü yenilənmə prosesini canlandırırsınız.

Müşahidəçilərin fikrincə, turşu suyu 85 saniyə qan dövranını yaxşılaşdırır. Tərkibində natrium, kalsium və sirkənin miqdarının çox olması özünü orqanizm daxilində daha sürətli bildirir.

Müntəzəm idmanla məşğul olan insanlar turşu suyundan tez-tez istifadə edirlər. Tərkibində olan kalsium, natrium və sirkə atletlərdə məşq öncəsi və sonrasında yaranan oynaq ağrılarının qarşısını alır.

Ayaqlarda ağırlıq, oturarkən və ya uzananda sızıltı sizi narahat edirsə, turşu suyunu sınaya bilərsiz.

İnanılmaz olsa da, turşu suyu mədə qıcqırmasına və yanmasına yaxşı təsir edir. İnsanlar deyir ki, ağrı zamanı turşu suyu içmək simptomları xeyli azaldır. İkinci bir variant isə sirkə və baldır. Amma sirkə ilə bal qarışımı o qədər də iştah açıcı gəlmir. Turşu suyunu tapmaq və içmək arxayınlaşmağınız üçün daha sürətli bir yol olacaqdır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm