Azərbaycanda 2 yaşlı uşağa siqaret çəkdirdilər - - VİDEO
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda 2 yaşlı uşağa siqaret çəkdirdilər - - VİDEO

İnsanlar belə şəxslərə qarşı ictimai qınağı vacib hesab edirlər.

İki yaşlı uşağa danışmaqdan qabaq siqaret çəkmək öyrədilib. Sözləri aydın tələffüs edə bilməyən körpə böyük insanlar kimi barmaqlarının arasına siqareti alıb, hətta tüstüsünü üfürür.

Təəssüf və təəccüb yaradan bu görüntülər rayonlardan birində qeydə alınıb. Görüntülərə baxanda körpənin valideyninə və ya ona bu hərəkəti öyrədən şəxsə qarşı ikrah hisslərini cilovlamaq mümkün deyil.

Belə hallarda uşağın həm təlim-tərbiyəsi, həm də sağlamlığı sual altında qalır. Həkimlər deyirlər ki, uşağın nəinki siqaret çəkməsi, hətta siqaret çəkilən bir mühitdə olması da onun sağlamlığına ciddi təhlükə yaradır.

İnsanlar belə şəxslərə qarşı ictimai qınağı vacib hesab edirlər.

Hüquqşünas Xəyal Bəşirli qeyd edir ki, qeydə alınan bu fakta görə valideyn İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə əsasən məsuliyyət daşıyır. Çünki bu halda valideyn və ya valideyni əvəz edən şəxs uşağın təlim-tərbiyəsının yerinə yetirilməsi qaydalarını pozub və o, 60-100 manat arasında cərimə edilə bilər.

Publika.az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm