Cinsi istəyi artırmağın, cavanlaşmağın və sağlam yaşamağın ƏN ASAN YOLU
Bizi izləyin

Sağlamlıq

Cinsi istəyi artırmağın, cavanlaşmağın və sağlam yaşamağın ƏN ASAN YOLU

İinsanı daha ağıllı edirmiş.

Atalar “Ac başda ağıl olmaz”, deyiblər amma, planlı aclıq (yəni günün müəyyən saatlarında yeməklə) insanı daha ağıllı edirmiş.

Publika.az xəbərinə görə, alimlər bunun səbəbini araşdıraraq belə bir nəticəyə gəliblər ki, aclıq hissi beyin hüceyrələrinin yenilənməsinə və daha da formalaşmasına xidmət edir. Bu necə baş verir: dolu mədə yeməyi həzm edib lazımi komponentləri orqan və toxumalara göndərməklə məşğul olduğu üçün beyinə siqnal ötürmə zəifləyir. Yalnız mədə boşaldıqdan sonra beyini yada salır. Bu zaman düşüncə qabiliyyəti daha da fəallaşır. Yeməkdən sonra isə yenə də zəifləmə prosesi gedir. Təbii ki, ac vaxtı insan aqressivləşir. Ona görə də aclıq zamanı yüksək iradə və təmkinlilik insana davranışlarını tənzimləməyə kömək edir. Aclığın ilk yeddi saatı narahatlıq yaratsa da, sonrakı saatlarda bədən yüngüllük eyforiyasında həzz alır. ABŞ və Rusiya alimlərinin müxtəlif dönəmlərdə araşdırmaları göstərir ki, ildə bir dəfə müəyyən müddət ərzində ac qalma bədənin özünün müalicəsini təmin edir. Əslində bütün dinlərdə müəyyən müddətə aclıq (oruc) məhz buna xidmət göstərir. Yəni insan müqəddəs aylarda əslində Tanrı üçün deyil, özü için yaxşılıq edir.

Bundan başqa, aclıq bədənin təmizlənməsi və təravətlənməsinə də xidmət göstərir. Xüsusən də qırışlar azalır və yaşlılıq ləkələri solur. Dərinin elastikliyi özünə qayıdır, rəngi açılır. Dəridəki çirklənmə, səpkilər azalır. İnsan tərləyərkən ondan pis qoxu gəlmir. Hətta yay aylarında belə tərləmə azalır. Qaraciyər təmizləndiyi üçün gözün ağında sarılıq, bulanıqlıq təmizlənir, körpə gözü kimi maviyə çalan ağlıq yaranır. Aclığın ilk anlarında aqressivliyi yatırma iradəsi baş tutarsa, o zaman tezliklə baş ağrısı, qulaqlarda küy azalır, ürək döyüntüsü hətta taxikardiyadan əziyyət çəkən insanlarda belə tənzimlənir. Müəyyən dönəmdə aclıq zamanı diş ətinin daşları da ovulub tökülür. Dodaqda və ya bədənin digər yerlərində herpesdən (uçuq) əziyyət çəkənlərdə ən az iki il belə problem yaşanmır. Dilin çəhrayılığı, təmizliyi özünə qayıdır. Nəfəs ilk başlarda pis qoxulu olsa da, sonra düzəlir, yüngülləşir, yatarkən nəfəs alma daha tənzimli olur, boğulma hissi yaşanmır. Bədənin digər orqanlarında ağrı-sızılar varsa, çəkilir. Bağırsaqların fəaliyyəti asanlaşır, hətta babasildən əziyyət çəkənlər bu problemi keçmişdə qoyurlar.

Aclığın daha bir müsbət tərəfi cinsi həvəsin artmasıdır. Tox insana istirahət hissi, yuxu güc gəldiyinə görə cinsi yaxınlığa həvəssiz olur. ABŞ-da bu məqsədlə 10-15 günlük aclıq kursları keçirilir. Kursa qatılanlar etiraf edirlər ki, əvvəllər yaşadıqları cinsi zəiflik problemlərindən əsər-əlamət qalmır. Üstəlik bədəndə indiyədək “kəşf” etmədiyi yeni erogen nöqtələr baş qaldırır. Həmçinin bədən toxunuşa daha həssas olur, tərəflərin qarşılıqlı həzzi asanlaşır. Bədəndə cavanlaşma getdiyi üçün qadınlar 45 yaşdan sonra da hamilə qala bilirlər.

Yeri gəlmişkən, aclıqla müalicə eradan əvvəl də çoxallahlı dinlər tərəfindən tövsiyə olunurdu. Qədim yunan alimləri Platon, Sokrat, Hippokrat, Pifaqor ildə 10-15 gün ac qalmaqla özlərini müalicə edirmişlər.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm