Kişilər xəstəliyi niyə qadınlardan daha ağır keçirirlər?
Bizi izləyin

Sağlamlıq

Kişilər xəstəliyi niyə qadınlardan daha ağır keçirirlər?

Xəstəlik uzun və ağrılı keçir.

Məlumdur ki, kişilər xəstəliyi qadınlara nisbətən daha ağır keçirirlər. Güclü cinsin təmsilçiləri ən yüngül xəstəliyin qarşısında belə zəifləyirlər. Bunun səbəbi heç də düşünüldüyü kimi kişilərin dözümsüzlüyündə deyilmiş.

Publika.az xəbər verir ki, alimlər bunu erkək siçovullar üzərində təcrübədən çıxarıblar. Belə qənaətə gəlinib ki, işin əsli immun sistemində imiş. Belə ki, kişilərin sinir ucluqları daha həssasdır, ona görə bu və ya digər patoloji hallar çox ağır keçir. Nəticədə orqanizmin ümumi vəziyyəti ürəkaçan olmur. Heç ümumi görüntü də xoşagələn deyil: dağ boyda kişinin adi qrip əlindən böyrü üstə yatağa yıxılması qəribə görünür.

Alimlər düşünürlər ki, kişi orqanizmi viruslara daha güclü cavab verdiyi üçün istənilən xəstəlik uzun və ağrılı keçir.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm