Sağlamlıq
Qatıq suyu ilə bir çox xəstəlikdən qurtulun
Qatığın orqanizm üçün faydalı olduğu məlumdur. Bəs qatıq suyunun istər daxili orqanlar üçün, istərsə də kosmetologiyada necə faydalı olduğu bilirdinizmi?
Publika.az qatıq suyunun faydalarını diqqətinizə çatdırır:
Əvvəla qatığın suyu günün hər saatında istifadə oluna bilər. Saç, sümük, diş, dəri üçün əvəzolunmaz nemətdir. Qatıq suyu ilə saçlar balzamdan daha yaxşı yumşalma qabiliyyətinə malikdir. Qatıq suyu ilə dişlər vaxtaşırı sürtüldükdə həm ağaracaq, həm də diş ərplərinin yaranmasının qarşısı alınacaq. Dəriyə isə gündəlik tətbiq edildikdə civzələri, artıq yağlılığı, qara nöqtələri, xırda qırışları aradan qaldırır. Bundan başqa qatıq suyu epilyasiya olunmuş hissələrə çəkildikdə tüklərin çıxmasını zəiflədir. Qoltuq altına, dirsəklərə mütəmadi sürtüldükdə rəngini açır.
Qatıq suyu həm də sümük əriməsinə qarşı istifadə oluna bilər. Həmçinin bədxassəli şişlərin inkişafını ləngidir, çəkini, maddələr mübadiləsini tənzimləyir. Qatıq suyunun təmizləyici funksiyası da var. Bu vasitəylə böyrəkləri, sidik kanalını, bağırsaqları təmizləmək mümkündür. Həzmi rahatlaşdırır, mədə problemlərini də aradan qaldırır.
Şəfiqə ŞƏFA
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...