Yüngül siqaretlər ağciyər xərçənginə ikiqat meyillidir
Bizi izləyin

Sağlamlıq

Yüngül siqaretlər ağciyər xərçənginə ikiqat meyillidir

Yüngül siqaretlər ağciyər üçün daha zərərlidir.

Yüngül siqaretlər ağciyər üçün daha zərərlidir.

Publika.az xəbər verir ki, bu cür siqaretlər digərlərinə nisbətən daha çox ağciyər xərçəngi yaradır. 1960-cı illərdən etibarən satışa çıxarılan yüngül siqaretlərin fərqi onun filtrində xüsusi havasorucu dəliklərin qoyulmasındadır. Yaradıcıların fikrincə, bu dəliklər vasitəsilə təmiz hava girir ki, bu da tütünün ziyanını azaldır.

Amma alimlər hesab edirlər ki, ya yaradıcılar bunun fərqində olmayıb, ya da bu, növbəti aldadıcı oyundur. Araşdırmalar göstərir ki, bu dəliklər vasitəsilə sorulan hava əksinə tütünün tərkibini daha da kəskinləşdirir.

Ohayo ştatındakı Kolambus universitetinin professoru Piter Şielidsin fikrincə, indiyədək siqaretin tərkibindəki qətran və digər zərərli maddələrin azaldılması ilə bir çox siqaretçəkənlər dəhşətli aqibətdən qurtula bilmişdi. Amma bu yeni yüngül siqaretlər ağciyər xərçəngi riskini ikiqat artırır. Üstəlik, belə siqaretlərdən daha çox xanımlar istifadə etdiyi üçün qadın orqanizmi tütünün zərəri qarşısında aciz qalır.

Şields deyir ki, həm də yüngül siqaretlər “doyurucu” olmadığı üçün onu daha sıx-sıx çəkirlər. Bu da daha sonralar tütündən asılılığı aradan qaldırmaqda problem yaradır.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm