Sağlamlıq
Kimlər xərçəngə daha çox meyllidir? - Alimlər açıqladı
Bütün bədəni yağlı olanlar, ancaq göbəyi yağlı olanlarla müqayisədə xərçəngə daha çox meyllidir.
Publika.az xəbər verir ki, ingiltərəli alimlər son araşdırması nəticəsində bu qənaətə gəliblər. Belə ki, hər 8 qadından birində rast gəlinən süd vəzi xərçəngini araşdırarkən bədənin müxtəlif bölgələrindən yağ nümunələri götürülüb. Məlum olub ki, əslində süd vəzi xərçəngi ilə bütün bədənin yağlı olmasının birbaşa əlaqəsi var.
Hər il İngiltərədə 50 min qadına xərçəng diaqnozu qoyulduğuna toxunan alimlər menopoza girən qadınların bütün bədənində piyləri əritməklə bu xəstəliyə tutulma riskini azalda biləcəklərini bəyan ediblər.
Ancaq bununla yanaşı, mütəxəssislər bütün bədəndəki yağları əritməklə yanaşı, göbəkdəki yağlardan da xilas olmağın süd vəzi xərçəngi qarşısında ciddi maneə ola biləcəyini deyiblər.
Gülxar
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA