Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu - FOTO
Bizi izləyin

Sağlamlıq

Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu - FOTO

Molli Qrinblatt adlı bloger üzündəki sızanaqlardan qəribə üsulla xilas olub.

Publika.az xarici istinadən xəbər verir ki, sızanaq müalicəsi xeyli pul tələb edir və bir neçə il uzana bilər. Üstəlik düzgün seçilməmiş qulluq vasitələri və pəhriz vəziyyəti bir az da pisləşdirə bilər.

Molli də belə bir problemlə üzləşib. Qız bir neçə il ərzində çoxlu müxtəlif vasitələrdən, o cümlədən güclü hormonal preparatlardan istifadə edib, üstəlik xüsusi pəhrizlər saxlayıb. Lakin bunlar hamısı nəticəsiz qalıb.

Qeyri-adi üsula əl atan Molli çıxış yolunu üzünü yumaqdan imtina etməkdə görüb: "Bir dəfə oxudum ki, üzü yumamaq dərinin vəziyyətini yaxşılaşdıra bilər. Qərara gəldim ki, bu üsulu sınayım. Nəticə isə mənim bütün gözləntilərimi üstələdi!”

Qız bütün il ərzində üz təmizləyici gellərdən, skrablardan imtina edib. Molli hətta səhərlər duş qəbul edəndə də üzünə su dəyməməsinə imkan vermir. Sonra qız dərini günəş şüalarından qoruyan 30 SPF krem çəkir. Axşam isə üzünü mineral su ilə silir və nəmləndirici krem çəkir.

Əldə olunan heyrətamiz nəticəni instaqramda paylaşan Molli problemli dəri üçün heç bir vasitə işlətmədiyini, pəhriz saxlamadığını və kosmetoloqa getmədiyini vurğulayıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm