Yaddaşınız sizi aldadır? - Bu üsul sizə kömək edər
Bizi izləyin

Sağlamlıq

Yaddaşınız sizi aldadır? - Bu üsul sizə kömək edər

Son vaxtlarda yaşından asılı olmayaraq insanlar unutqanlıqdan şikayət edirlər. İstər gənc nəsil, istərsə də yaşlı nəslin nümayəndələri yaddaşı qüvvətləndirən müxtəlif dərman preparatlarından istifadə edir. Bu bir tərəfdən xeyirli olsa da, digər tərəfdən orqanizmə qarşısıalınmaz ziyanlar vurur.

Publika.az sizə unutqanlığı, yaddaş zəifliyini təbii üsullarla heç bir dərman qəbul etmədən bərpa etməyin üsullarını təqdim edir:

Aparılan coxsaylı araşdırmalar onu deməyə əsas verir ki, zehni fəaliyyətlə məşğul olan insanlarda unutqanlıq hallarına digərlərinə nisbətən daha az rast gəlinir. Bunun səbəbi beynin aktiv fəaliyyəti ilə bağlıdır. Daim informasiya qəbul edən beyin aktiv fəaliyyətdə olur və heç bir faktı unutmur. Əgər sizin işiniz kifayət qədər zehni fəaliyyətdən ibarət deyilsə, gün ərzində krasvord həll edin. Tapmacalar tapmağa çalışın. Bu sizin zehni fəaliyyətinizi tənzimləyəcək.

Ən önəmli nüanslardan biri də yuxu rejimidir. Fəaliyyətindən asılı olmayaraq, yuxu rejiminə riaəyət etməyən insanlarda unutqanlıq halları daha sonradan demensiya xəstəliyinin yaranmasına səbəb ola bilər. Yorğun beyin öz funksiyasını, intellektual bacarıqların günbəgün itirir. Bu səbəbdən insanlar normal 7-8 saat yuxu rejiminə mütləq əməl etməlidir.

Mövsümünə görə meyvə və tərəvəzlərdən çox istifadə etmək orqanizmi zəruri maddələrlə təmin edir. Eləcə də, çərəzlər. Yaddaşı qüvvətləndirən əsas qida növlərindən biri balıq yağı və çərəzlərdir.

Gün ərzində müəyyən fasilərlə 2 stəkan qəhvə içmək yaddaşın möhkəmlənməsinə xidmət edir. 160 nəfərin üzərində 24 saat müddətində yaddaş testi həyata keçirilib. Mütəxəssislər gün ərzində içilən qəhvənin yaddaşı möhkəmləndirməsi ilə yanaşı, yuxu rejiminin pozulmasına da səbəb olduğunu vurğulayıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm