Yanıqları sağaltmaq üçün YENİ ÜSUL - - FOTO/VİDEO
Bizi izləyin

Sağlamlıq

Yanıqları sağaltmaq üçün YENİ ÜSUL - - FOTO/VİDEO

Braziliyalı həkimlər yanıqların müalicəsi istiqamətində yeni araşdırmalar aparıb.

Braziliyalı həkimlər yanıqların müalicəsi istiqamətində yeni araşdırmalar aparıb. Tədqiqatçılar yanmış dərilərin reabilitasiyasının sərfəli üsulunu tapdıqlarını qeyd ediblər.

Publika.az xəbər verir ki, tədqiqatçılar ağır yanıq müalicələrində maya dəyəri çox ucuz olan yeni bir üsul istifadə etməyə başlayıblar. İndiyə qədər ikinci və üçüncü dərəcə yanıqların müalicəsində tənzif, sulfadiazin məlhəm müalicəsi və kolajenli təbii müalicələrdə isə donuz dərisindən istifadə edilirdi. Mütəxəssislər artıq daha effektiv üsul kəşf ediblər. Onlar Braziliyada şirin suda yaşayan və əhali tərəfindən çox istifadə olunan çapaq balığının dərisinin yanıqları müalicə edə biləcək xüsusiyyətlərə malik olduğunu vurğulayıblar.

Maddi cəhətdən digər müalicə üsullarından 75%-ə qədər daha sərfəli olan bu üsul eyni zamanda xəstənin ağrını daha az hiss etməsinə kömək edir. Mütəxəssislər müxtəlif balıq növləri içərisində məhz çapaq balığının seçilməsinin səbəbini şirin suda yaşayan ən dözümlü balıq olması ilə izah ediblər.

Bu günə qədər bu üsulla ikinci və üçüncü dərəcəli yanıqlar alan 56 nəfər xəstə müalicə edilib. Çapaq balığının dərisinin yüksək miqdarda kollagen lifləri ilə zəngin olması yaraların sağalma prosesini sürətləndirir və xəstələrə lazımi proteinləri təmin etməkdə kömək edir.

Dondurulmuş çapaq balıqlarının istifadə müddəti 2 ildir. Braziliyanın Ceara Federal Universitetinin laboratoriyasında balıqların dərisi üzülərək sterilləşdirilmiş hala gətirilir və dondurulur. Daha sonra xəstəxanalara göndərilən balıq dəriləri ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri almış xəstələrin reabilitasiyasında istifadə edilir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm