Pizza yeyərək arıqlamaq olar
Bizi izləyin

Sağlamlıq

Pizza yeyərək arıqlamaq olar

Publika.az sizə pizza yeyərək arıqlamağın maraqlı sirrləri açır.

Artıq çəkidən əziyyət çəkənlər, pəhrizlə boğuşub nəticə əldə edə bilməyənlər, nəhayət ki, xəyallarınız gerçək oldu. Artıq yeyə-yeyə arıqlamaq olar. Dietoloqlar tərəfindən aparılan araşdırmalarda pəhriz saxlamadan, hətta pizza yeyərək arıqlamağın yolları kəşf olunub.

Publika.az sizə pizza yeyərək arıqlamağın maraqlı sirrləri açır:

Bu heç də zarafat deyil. Dietoloqlar qadınların kabusuna çevrilmiş pəhrizlərin əvəzinə onlara həftəlik pizza menyusu təklif edib.

Portuqaliyada aparılan tədqiqatlarda, motivasiya məqsədilə qadınlara həftə ərzində yalnız bir gün pizza, dondurma və ya sevdikləri istənilən yeməkləri yeməyə icazə verilib. Müşahidələr göstərib ki, belə olan galda insanlar daha tez və sağlam şəkildə arıqlayıb.

İnsanları iki qrupa ayıran dietoloqlar onlara həftəlik 10.500 kalorilik pəhriz tərtib edib. Həftədə bir gün zövq alacağınız ərzaqlardan istədiyiniz qədər yeyə bilərsiz. Lakin bunları hər gün istehlak etmək olmaz. Qaydalara düzgün əməl etməklə, sağlam şəkildə artıq çəkilərinizdən qurtula bilərsiz.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm