Sağlamlıq
Arıqlamağa çalışan şəxslər üçün BÖYÜK TƏHLÜKƏ
Çağdaş insanın qlobal probelmlərindən biri də, artıq çəkidir. Məhz bu səbəbdən də, Dietologiya hazırda ən çox tələbat duyulan sahələrdəndir. Dünya dietoloqlarının artıq çəkidən azad olmaq üçün tərtib etdikləri pəhriz cədvəlləri, bu mövzuya həsr olunmuş kitablarının sayı günbəgün artır.
Pəhrizlərin bir çoxunda yağlı xörəklərın, digərində un məmulatlarının qəbuluna qadağa qoyulur. Lakin unutmaq lazım deyil ki, insan orqanizmi bütün minerallara, vitaminlərə, zülal və yağlara ehtiyac duyur. Bu qida ünsrlərinin ən az birini qəbul etmədikdə sonradan qarşısı alınmayan xəstəliklər yaranır.
Publika.az xəbər verir ki, həmin xəstəliklərdən biri də anoreksiyadır.
Anoreksiya nədir?
Anoreksiya sözü yunan dilindən “iştahasızlıq” kimi tərcümə olunur. Statistikaya görə, son 30 ildə hər 100 gənc xanımdan 2-i anoreksiyadan əziyyət çəkir. Bu xəstəliyin yaranmasının əsas səbəbi davamlı pəhrizlər sayılır. Belə ki, bir neçə kiloqramdan azad olan şəxs həmin çəkiyə yenidən qayıtmaq qorxusu ilə yaşayır. Çəkisi az olsa belə özünü şişman hesab edir. Nəticədə kəskin şəkildə arıqlayan xəstə, cəmiyyətdən təcrid olur və yuxusuzluq problemi yaranır.
Elə bu səbəbdən Vaşinqton Universitetinin tədqiqatçı alimləri həyəcan təbili çalmağa başlayıblar. Belə ki, kökündə psixolojı pozğunluq duran anoreksiya xəstəliyi vaxtında müdaxilə edilməzsə, psixi pozğunluğa, ən qorxulusu isə şizofreniyaya çevrilə bilər.
Odur ki, belə problemlər və xəstəliklərdən yan keçmək üçün vücudumuzla daim harmoniyada olmalı və sağlam qidalanmalıyıq.
Leyla Sarabi
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ