Aziz Sancar siqaretin səbəb olduğu yeni xəstəliklər aşkarladı
Bizi izləyin

Sağlamlıq

Aziz Sancar siqaretin səbəb olduğu yeni xəstəliklər aşkarladı

Nobel mükafatı laureatı Aziz Sancarın rəhbərliyi ilə aparılan araşdırmalarda siqaretin insanın DNT hüceyrələrinə zərər verdiyi aşkarlanıb.

Bu barədə Publika.az xarici mətbuata istinadən xəbər verir.

Bu vaxta qədər siqaretin ağ ciyər xərçənginə səbəb olduğu elm adamlarına məlum idi. Lakin ABŞ-ın Şimali Karolina Universiteti bu nəticə ilə kifayətlənməyib, Aziz Sancarın rəhbərliyi altında siqaretin insan fiziologiyasına verdiyi zərərləri araşdıran tədqiqat işinə start verib.

Aziz Sancar tədqiqat işi ilə bağlı verdiyi açıqlamada gördüyü işlərin məqsədinin siqaretin insan DNT-ə verdiyi zərərin aşkarlanması, bu zərərin aradan qaldırılması və bunun üçün istifadə olunacaq dərmanların keyfiyyətinin yüksəldilməsi olduğunu qeyd edib.

Sancar siqaretin DNT-ə vurduğu zərərin xəritəsini tərtib edib.

Bu xəritənin siqaretin səbəb olduğu xərçəng xəstəliklərinin necə ortaya çıxdığına, bəzi insanların xərçəngə qarşı müdafiəsiz və ya müqavimətli olub-olmadığı və xərçəngin qarşısının necə alınacağının tapılmasına yardımçı olacağını deyən professor siqaret çəkənlərin bütün bu problemləri göz önündə tutmasını və bu zərərli vərdişdən uzaqlaşmalı olduqlarını diqqətə çatdırıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm