Bütün içkiləri su ilə əvəz etsəniz, orqanizmdə nə baş verəcək?
Bizi izləyin

Sağlamlıq

Bütün içkiləri su ilə əvəz etsəniz, orqanizmdə nə baş verəcək?

Biz hamımız bilirik ki, qəhvə, spirtli içkilər və qazlı sular zərərlidir. Amma onlardan imtinanın orqanizmə nə kimi faydaları olduğunu çox az adam bilir. Bəs görəsən, bütün içkiləri su ilə əvəz etsək, nə kimi təsirləri olar?

Publika.az xəbər verir ki, bloger və mühazirəçi Kris Beyli bir ay bu barədə tədqiqat aparıb. Onun ay ərzində əldə etdiyi nəticələri təqdim edirik:.

1. Daha sürətli arıqlamaq şansı qazanırsınız

Image result for Chris Bailey water

Tez arıqlamaq istəyirsinizsə, onda 9 gün ərzində sudan başqa hər hansı içki istifadə etməyin. Su 0 kaloridir, bununla belə mədəni uzun müddət tox saxlayır. Su iştahanı boğur, ondan sonra aclıq hiss hiss etmirisiniz.

2. Metabolizmi sürətləndirir

Related image

Acqarına su içmək maddələr mübadiləsini sürətləndirir. Cəmi 0,5 litr su metabolizmi 30% sürətləndirir. Həzm sisteminin yaxşı işləməsi isə bədənin daha gümrah və enerjili olmasına kömək edir.

3. Beyin daha yaxşı işləməyə başlayır

Image result for Chris Bailey water

Axı beynin 75-85%-i sudan ibarətdir. Orqanizmdə su balansını dəstəkləyərək siz öz zehninizin daha yaxşı işləməsinə kömək edirsiniz. Bu, xüsusilə enerji və konsentrasiya səviyyəsinə müsbət təsir göstərir.

4. Su ucuzdur

Related image

Siz nəinki sağlam olacaqsınız, həm də qəhvə və digər içkilərə qənaət etmiş olacaqsınız.

5. Su dərini təmizləyir

Related image

Su dərini nəmləndirir, orqanizmin quruması nəticəsində yaranmış baş ağrılarının qarşısını alır.

7. Su bağırsağın işini yaxşılaşdırır

Sudan əlavə həm də düzgün və sağlam qidalanırsınızsa, onda qəbiz probleminiz olmayacaq.

8. Su ürək üçün faydalıdır

Related image

Orqanizm susuz qalanda qan qatılaşır və deməli, ürəyin qan dövranı pozulur, tromb riskini artırır. Araşdırmalar göstərir ki, gündə 5 stəkan su içmək ürək tutması riskini 41% azaldır!

9. Su idmanla məşğul olanlar üçün xeyirlidir

Related image

Qurumuş orqanizm böyük yükə tab gətirə bilməz.

10. Su xəstəliklərdən müdaifə edir

Related image

Su bir çox xəstəliklərin yaranma riskini aşağı salır. Buraya yüksək təzyiq, mədə xərçəngi kimi xəstəliklər daxildir. Su toksinlərin orqanizmdən təbii yolla atılmasına kömək edir. Bununla da qocalma prosesini ləngidir.

Odur ki, çəkinizdən asılı olaraq hər gün 1,5 və ya 2 litr su için!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm