Sağlamlıq
Tibbdə yenilik: Ana bətnində İİV-ə yoluxan uşaq tam sağaldı
Ana bətnində İİV virusuna yoluxan uşaq tam sağalıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Afrikada 2007-ci ildə doğulan uşaqda İİV virusu aşkarlanıb. Uşaq 9 həftəlik olandan ona antiretrovirus müalicə tətbiq edilib. 31 həftə bu cür müalicə qəbul edən uşağın bədənində virus aşkarlanmayıb.
Johannesburqdakı Perinal İİV Araşdırma Mərkəzi alimlərinin məlumatına görə, doqquz yaşına qədər dəfələrlə müayinə edilən uşağın bədənində virus qeydə alınmayıb. Bu uşaq oxşar müalicə ilə tam sağalan ikinci şəxsdir.
Fransada da ana bətnində virusa yoluxan İİV daşıyıcısı başqa bir uşaq da 11 il dərman müalicəsinə ehtiyac olmadan həyatını davam etdirir. Onda da müalicədən sonra illərlə İİV aşkarlanmayıb.
Bu faktlardan əvvəl isə ABŞ-ın Missisipi əyalətində İİV-ə yoluxan uşaq doğumdan 30 saat sonra müalicəyə başlanılmışdı. Müalicədən sonra bədənində virus aşkarlanmasa da, uşaq 27 aylıq olanda qanında yenidən İİV qeydə alınmışdı.
Gülxar
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR