Rusiyalı həkim özünə həyatı asanlaşdıran 6 çip implant etdi
Bizi izləyin

Sağlamlıq

Rusiyalı həkim özünə həyatı asanlaşdıran 6 çip implant etdi

Novosibirsk doğum evlərindən birində işləyən Aleksandr Volçek öz dərisinin altına həyatını asanlaşdırmaq üçün 6 çip implant etdi.

Publika.az ENS-ə istinadən bildirir ki, onların köməyi ilə o qapıları açır, işdəki turniketi açır, kompüteri açır, şifrələri saxlayır və vizit kart məlumatlarını yadda saxlayır.

“İlk çipi mən 2014-cü il 8 avqust tarixində yerləşdirdim. O mənə öz kodumu dəyişdirməyə kömək edir və sibir dağ kurortlarından biri üçün nəzarət kartının ekvivalenti sayılır. Daha sonra mən işlədiyim şirkətin giriş sisteminə əlavə etdim”, - Volçek deyir.

Çipin standart ölçüsü 2x12mm-dir, miminal olaraq isə 1,5x8mm-dir. Dərinin altına onlar qalın iynə ilə yeridilir və istədikdə asanlıqla çıxarıla bilir.

Facebook-da tematik qrupda Volçevin yüzdən çox həmfikri və belə implantlar üçün yeni funksiya yaradanlar var. “Mən nəinki istifadəçiyəm, həm də hazırlayanam. Hazırda biz dünyada bir neçə komanda şifrələmə funksiyası ilə olan mikropresessora malik implantlar hazırlayır və bu elektron imza, kontaktsız temrinallarda ödəniş, ictimai nəqliyyatda ödəniş üçün istifadə oluna bilər. Digər problem – ayrılmayan implanlaşdırılmış şifrə saxlayıcıdır. Lakin bu gələcək üçündür”, - həkim deyir.

O həmçinin şəkərin qandakı səviyyəsini ölçmək üçün implantın yaradılmasını arzulayır. Bunun üçün artıq bütün lazımi texniki baza mövcuddur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm