Sağlamlıq
Əncir bu 3 XƏSTƏLİYİ müalicə edir
Dadlı, şirin əncir həmçinin çox effektli müalicəvi vasitədiir.
Publika.az bildirir ki, qədim zamanlarda əncirin köməyi ilə zəhərlənmə, yaralar, xoralar, kişilərdə cinsi zəiflik, iltihablar müalicə olunurdu. Dahi İbn Sina bu meyvəni yaşlı insanlar və uşaqlar üçün xüsusilə xeyirli hesab edirdi.
1. Əncir öskürək və bronxit zamanı yaxşı kömək edir. Süddə
bişirilmiş əncir nəfəs yollarını təmizləyir, bəlğəmin çıxmasını
asanlaşdırır.
Bu təbii vasitəni hazırlamaq üçün 1 stəkan süd qaynadılır. 2-3 təzə
əncir blenderdən keçirilir, qaynar südə salınır və 2-3 dəqiqə
ərzində vam odda qapaq altında qaynadılır. Daha sonra süd soyudulur
və gün ərzində 2 dəfə yarım stəkan olmaqla ilıq şəkildə içilir.
Təzə əncir olmadıqda, qurudulmuş əncirdən istifadə etmək olar.
2. Əncir (həm təzə, həm də qurudulmuş) çox təsirli işlədici vasitə
kimi tanınır. Qəbizlikdən əziyyət çəkən insanlar hər gün 2-3 təzə
və ya quru əncir yeməlidir.
Qəbizlikdən əziyyət çəkən insanlar bu kimi təbii dərmandan istifadə
edə bilərlər. 100 qr qurudulmuş əncir və 100 qr kişmiş blenderdən
keçirilir, 1/2 çay qaşığı zəncəfil tozu əlavə olunur, yaxşı
qarıdırılır. Alınmış kütlədən kiçik "kolbasa" düzəldirik və 1 sm
qalınlığında tikələrə kəsirik. Hazır dərmanı süşə bankada sərin
yerdə saxlayın. Gün ərzində bir neçə belə "həb" yeyin. Bu vasitə
həm bağırsaqları işlədir, həm də onları çox yaxşı təmizləyir.
3. Əncirin ürək üçün faydası çoxdur - ürək əzələsini
möhkəmləndirir, damarları təmizləyir, qanı duruldur, qanın
tərkibini yaxşılaşdırır, damarlarda trombların əmələ gəlməsinin
qarşısını alır.
Məhz bu səbəbdən həm xaql təbabəti, həm də ənənəvi təbabət ürək
xəstəlikləri olan insanlara və ya bu xəstəliklərin profilaktikası
üçün hər gün əncir yeməyi tövsiyə edirlər.
Ürəyi möhkəmləndirən qarışıq - 100 qr quru əncir, 100 qr ərik
qurusu, 100 qr qara kişmiş, 100 qr qoz, 1 limon (qabıqlı)
blenderdən keçirilir, 200 qr bal əlavə olunur və yaxşı
qarışdırılır. Bu dadlı dərmanı gündə 1 dəfə 1 xörək qaşığı olmaqla
qəbul edin. (saglamolun.az)
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO