• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Cavan qalmaq istəyənlər bu qidalardan yesinlər

Cavan qalmaq istəyənlər bu qidalardan yesinlər

Bizim qida rasionumuz orqanizmimiz haqqında çox şey deyir. Gözəl dəri, sağlam saçlar, möhkəm dırnaqlar uzun illər sağlam və cavan həyat tərzindən xəbər verir. Qidaları banaslaşdırmaqla bütün bunları etmək mümkündür. Əks halda sizə heç bir makiyaj, zinət əşyaları və ya ağrılı kosmetik əməliyyatlar kömək edə bilməz. Bəs hansı qidalar cavanlığı qoruyub saxlayır?

Qızıl balıq

Qızıl balıq beyin funksiyasını yaxşılaşdıran qida elementlərindən ibarətdir. Əhvalı yüksəldir və ürək-damar xəstəlikləri riskini azaldır. Bu elemetlərdən ən əhəmiyyətlisi yağ turşularıdır. Omeqa-3 gözəllik və sağlamlığın ən vacib mənbəyidir. O, maddələr mübadiləsini tənzimləyən leptin hormonunun işini nizamlayır. Ona görə də bu qida sizi artıq yağlardan azad edir.

Balqabaq

Tərəvəzlər arasında balqabaq "dəmir anbarı" hesab olunur. Bununla yanaşı, o C, E, P, PP, B vitaminləri, nadir vitamin sayılan T ilə zəngindir və maddələr mübadiləsini sürətləndirir. Bundan əlavə, balqabaq tərkibindəki beta-karotin sayəsində immuniteti möhkəmləndirir. Bu maddə qocalıq əlamətlərinin əmələ gəlməsini ləngidən əsas maddə hesab olunur, dərini hamar və gözəl saxlayır.

Brokkoli

Balaca yaşıl ağaccıqlar təkcə dadlı deyil, həm də dietik qida növüdür. Məlumdur ki, cavanlıq aydın zəkadan başlayır. Brokkoli də ən yaxşı təbii antiskleroz vasitədir. Onu axşam yeməyi zamanı çiy şəkildə kreker kimi yemək, ədviyyatlar əlavə etməklə və ya öz damaq dadınıza uyğun şəkildə yemək hazırlaya bilərsiniz.

Əminliklə demək olar ki, gözəllik və sağlamlıq üçün soya əsas qidalardandır. Soya qədər tamamilə zülal tərkibi olan ikinci bitki yoxdur. Tərkibindəki fosfotid və lesitinlər sayəsində soya sinir hüceyrələrini bərpa edir, qidalandırır və orqanizmin digər hüceyrələrinin regenerasiyasında iştirak edir. Şirniyyat və yağlı yemək sevənlər üçün soya "sehirli çubuq" kimidir. O, yağları tez bir zamanda parçalayır, şəkərin səviyyəsini aşağa salır və orqanizmi xolesterindən təmizləyir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR