Masturbasiya haqqında bilmədiyiniz 7 HƏQİQƏT
Bizi izləyin

Sağlamlıq

Masturbasiya haqqında bilmədiyiniz 7 HƏQİQƏT

İnsanların seksə olan ilk maraqları masturbasiyadan başlayır. Əgər düzgün statistika çıxarılarsa, Azərbaycan dünyada ən çox masturbasiya edilən ölkələr sırasında birinci yerdə olar. Çünki mental dəyərlər və bakirəlik mövzusunda həssas olan millətin evlənənədək demək olar ki, seks həyatı yerində olmur. Ona görə də bu mövzuda yeganə əl çatan vasitə elə masturbasiya olur. Bəs bunun zərəri varmı? Varsa nələrdir?

Publika.az sizə masturbasiya haqqında heç vaxt eşitmədiyiniz 7 həqiqəti təqdim edir.

Masturbasiya - vaxt öldürməyin ən yaxşı yollarından biri deyil, eyni zamanda yaşaya biləcəyiniz ən etibarlı sekslərdən biridir. Üstəlik, bir çox səhiyyə faydası da var.

1- Kişi cinsindən olan uşaqlar bətndə olan zamanda da masturbasiya ilə məşğul olurlar.

İlk dəfə nə vaxt masturbasiya etdiyinizi xatırlayırsınız? Araşdırmalara görə, kişi cinsindən olanlar ana bətnində də masturbasiya edirlər.

2 - Prostat xərçəngindən qoruyur

Harvard Universiteti tərəfindən edilən yeni bir araşdırmaya görə, ayda 21 dəfədən çox masturbasiya edən kişilərdə prostat xərçəngi riski, ayda 4-7 dəfə masturbasiya edənlərə nisbətən 22 % daha aşağı olur.

3 - “Hər kişi masturbasiya ilə məşğul olur” deyə bir şey yoxdur.

2016-cı ildə edilən bir araşdırmaya görə, heteroseksual kişilərin yalnız 57%-i nizamlı olaraq masturbasiya edir. Bu vəziyyətin müxtəlif səbəbləri var: Bəzi insanlara masturbasiya o qədər də maraqlı gəlmir. Bir qismində isə masturbasiya istəyi çox azdır.

4 - Xoşbəxt kişilər sonuncu dəfə nə vaxt masturbasiya etdiklərini xatırlamırlar.

Xoşbəxt kişilərin masturbasiyaya marağı çox az olur.

5 - Səhv masturbasiya edənlər var.

Masturbasiya edərkən sükanın arxasında siz olduğunuz üçün nəyin kafi, nəyin həddindən artıq olduğunu bilməyiniz vacibdir. Çünki penis qırılmalarının 60%-inin səbəbi seks yox, masturbasiyadır.

6 - Hər sperma eyni deyil

Hər sperma eyni deyil. Yaponiyada edilən araşdırmaya görə, seks zamanı boşaldılan sperma miqdarı, masturbasiya zamanı boşaldılandan daha çoxdur. Bunun səbəbi isə prostatın seks əsnasında masturbasiya ilə müqayisədə daha aktiv olmasıdır.

7 - Masturbasiya edənlər sırasında birinci yeri kişilər tutmur!

Hər nə qədər araşdırmalar kişilərin qadınlara nisbətən daha çox masturbasiya etdiyini ortaya qoysa da, kişilər bu mövzuda zirvədə tək deyillər. Bəzi heyvanlar da eyni ilə masturbasiya edirlər. Kirpilər çubuqları seçim edir, sincablar isə boşalana qədər masturbasiya etməkdə israr edirlər. Hətta öz spermalarını belə yeyirlər.

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm