Sağlamlıq
Sürətlə arıqladan ARPA YARMASI PƏHRİZİ - İnanılmaz NƏTİCƏ
Türkiyəli dietoloqların sözlərinə görə, arpa suyu sayəsində qısa müddətdə artıq çəkidən xilas olmaq mümkündür. Arpa suyu nəinki sizi artıq çəkidən xilas edir, eyni zamanda bədəni dəmir, kalium, kalsium və maqnezium kimi faydalı maddələrlə təmin edir, eləcə də detoks təsiri göstərir. Toksinlərdən bədəni təmizləyən arpa pəhrizi böyrək və qaraciyərə də müalicəvi təsir göstərir. Lakin bəzi məqamlara diqqət etmədikdə arpa suyu zərərli ola bilər.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son günlərdə zəhərlənməsi ilə gündəmə gələn İrem Derici arpa suyu sayəsində xeyli çəki atmışdı. İddialara görə, müğənni bir müddət sonra arpa suyunun qaydalarına düzgün əməl etməyib. Bu da onun zəhərlənməsinə səbəb olub. O, daha sürətlə arıqlamaq üçün dietoloqların onun üçün hazırladığı arpa pəhrizində göstərilən qidaları yeməkdən imtina edib. Əvəzində gündə sadəcə 2 pivə içib.
Mütəxəssislər arpa suyunun hansı hallarda təhlükəli ola biləcəyini belə sıralayıb:
Bağırsaqda qaz sancısı, ishal, qarın ağrısı və ödəm, qəbzlik, nəcisdə qan, allergik reaksiyon, seliakiya (seliakiya - həzm sistemi ilə əlaqədar irsi xəstəlik. Vaxtında təyin olunmamış seliakiya uşağın inkişafında müxtəlif pozulmalara səbəb olur - fiziki inkişafın ləngiməsi, anemiya, sümüklərin kövrək olması və tez-tez qırılması, diş problemləri, cinsi inkişafının ləngiməsi və s. )
Arpa yarması pəhrizi saxlayanlar üçün unlu yeməklər, hazır qidalar, spirt və yumurtadan istifadə yasaqdır. Arpa suyunun əsas özəlliyi ondan ibarətdir ki, uzun müddət toxluq hissi verir və arıqlamağa da kömək edir. Odur ki, bir çox dietoloq pəhriz siyahılarında arpaya yer verir.
Səhər yeməyi
1 stəkan su ilə qarışdırılmış arpa yarması (Üzərinə banan, alma, portağal kimi meyvələr əlavə etmək olar)
150 qram yağsız qatıq
Saat 12-də yaşıl çay
Günorta yeməyi
1 kasa kələm şorbası
1 stəkanı arpa yarması
1 kasa təzə tərəvəzlərdən hazırlanan yaşıl salat
Şam yeməyindən bir neçə saat əvvəl
Arzuladığınız hər hansı meyvə (alma və ya sitrus).
Axşam yeməyi
1 stəkan arpa yarması
150 qram yağsız qatıq
Arpa yarması necə hazırlanır?
4 stəkan qaynayan suya yarım kilo arpa əlavə edərək qarışdırılır.
Arpa pəhrizinin faydaları nələrdir?
Sidikqovucu xüsusiyyəti olan arpa iltihab yollarını və sidik kisəsinin təmizləyir.
Böyrəklərdə yığılan daş və qumu orqanizmdən xaric edir.
Şiddətli qusmaları azaldır.
Miqren və baş ağrılarını azaldır.
Prostat vəzinin böyüməsini əngəlləyir.
Mütəmadi olaraq davam edən ishalın kəsilməsinə kömək edir.
Dildə yaranan yara və iltihablara müalicəvi təsir göstərir.
Ekzema xəstəlinin müalicəsində də geniş istifadə edilir. Bunun arpanı sirkə ilə birlikdə qaynadıb yaraya sürtmək lazımdır.
Yuxu problemlərini həll edir.
Soyuqdəymə və qripə aradan qaldırır. Qızdırmanı aşağı salır.
Qanazlığından əziyyət çəkən xəstələrə müsbət təsir edir.
Ödəm və şişkinlik problemlərini aradan qaldırır.
Arpa suyu necə hazırlanır?
Arpa yarması ilə yanaşı arpa suyu da faydalı xüsusiyyətlərə malikdir. Bunun üçün 1 ovuc arpanı 1 litr suda qaynadın. Su qaynayana qədər odda saxlayın.
Qaynadıqdan sonra suyunu süzüb içinə limon sıxıb için. Dadı xoşunuza gəlməsə, çox az bal əlavə etmək olar. Arpa suyu az-az içməlidir.
Aytən
-
Sağlamlıq07:08
Səhər oyanan kimi 5 ədəd qoz yesəniz, görün nələr olacaq...
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov