Hər həftə 150 dəqiqə bunu ETSƏNİZ... - Alimlərdən VACİB XƏBƏRDARLIQ
Bizi izləyin

Sağlamlıq

Hər həftə 150 dəqiqə bunu ETSƏNİZ... - Alimlərdən VACİB XƏBƏRDARLIQ

Kanadanın Makmaster Universitetindən olan alimlər aydınlaşdırdılar ki, həftənin 5 günü 30 dəqiqəlik fiziki fəallıq ürək-damar xəstəliklərindən və başqa səbəblərdən olan ölüm riskini azaldır və həyatı uzadır.

Publika.az bildirir ki, mütəxəssislərin məqaləsi The Lancet jurnalında dərc edilib.

Genişmiqyaslı tədqiqatda 17 ölkədən 130 min insan iştirak edib. Tədqiqatın gedişatında könüllülərin həftə ərzində neçə saat fiziki işlərlə məşğul olduqları qeydə alınıb. Alimlər 7 il ərzində iştirakçıların sağlamlıq vəziyyətini izləyərək, onların xəstələnmələrinin və ölüm faizinin səviyyəsini qeydə alıblar.

Məlum olub ki, həftədə 750 dəqiqədən çox sürətli yeriyən insanlarda vaxtından əvvəl ölüm riski 36 faiz azalır. Alimlərin sözlərinə görə, qaçışla məşğul olmaq şərt deyil, üzgüçülük və ya idman zalına getmək, ev yığışdırmaq, yaxud işə piyada getmək də kifayətdir. Əgər hər kəs bu tövsiyələri yerinə yetirərsə, o zaman hər 7 ildə ölümün qarşısını 8 faiz almaq olar.

Ümumdünya Səhiyyə Təşkilatı da 18-64 yaş arası insanlara hər həftə ən azı 150 dəqiqə fiziki fəal olmağı məsləhət görür.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm