Gecə növbəsində işləmək orqanizmi məhv edir
Bizi izləyin

Sağlamlıq

Gecə növbəsində işləmək orqanizmi məhv edir

Bu zaman ürək, beyin və böyrəyin işinin sinxronlaşdırılması pozulur

Mütəmadi olaraq gecə vaxtı işləmək orqanizmdə ürək-damar xəstəlikləri, xərçəng və şəkər diabeti kimi xəstəliklərə səbəb olur.

Anspress “BBC”yə nisbətən bildirir ki, bu nəticəyə Britaniyanın Sarree universitetinin alimləri gəliblər.

Universitetin əməkdaşı Saymon Arçerin sözlərinə görə, yuxu rejiminin pozulması ilə insan DNT-lərinin sinxronlaşmasının 97%-dən çoxunu itirir.

İnsanın iş vaxtının gecəyə keçirilməsi zamanı özünü pis hiss etməsi bununla izah edilir. Bu zaman ürək, beyin və böyrəyin işinin sinxronlaşdırılması pozulur. Alimlərin məlumatına görə, gecə növbəsinin mənfi təsirləri bir neçə il fasiləsiz bu cür işləməkdən sonra özünü göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm