Öskürən uşaq üçün təsirli vasitə
Bizi izləyin

Sağlamlıq

Öskürən uşaq üçün təsirli vasitə

Körpələr niyə öskürür? Öskürən uşağa nə yaxşı təsir edə bilər? Bu vəziyyətdə valideynlər nə etməlidir?

Publika.az deyerler.org-a istinadən bildirir ki, müxtəlif xəstəliklərə bağlı olaraq inkişaf edən öskürəklər, bəzən kiçik miqyaslı bir infeksiya nəticəsində də yarana bilər. Bu öskürəklərdən ən çox narahat olanlar isə şübhəsiz ki, uşaqlardır.

Körpələrin immuniteti zəif olduqları üçün daha tez xəstələnirlər. Bu xəstəliklərlə birlikdə özünü göstərən ardıcıl öskürəklər uşaqların gecə yuxusuz qalmalrına səbəb olur.

Bəs uşağınız öskürəndə nə edilməlidir?

Valideynlər gərək öskürəyin altında yatan səbəbi müəyyən etməlidirlər. Körpədə öskürəklə yanaşı, burun axması kimi əlamətlər müşahidə olunursa, deməli öskürək yuxarı tənəffüs yollarındakı infeksiyalardan qaynaqlana bilər.

Əgər körpədə burun axmaısı olmayıb yalnız öskürək varsa, yerləşdiyi məkandakı havasızlıq öskürəyə səbəb ola bilər. Bu səbəblə uşağın olduğu mühit, otaq, yer uşağın yoxluğundan istifadə edərək havalandırılmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm