Bu insanlar xərçəngə DAHA MEYİLLİDİR - İbn Sinanın xəstəliklərlə bağlı 4 ÜNSÜR SİRRİ
Bizi izləyin

Sağlamlıq

Bu insanlar xərçəngə DAHA MEYİLLİDİR - İbn Sinanın xəstəliklərlə bağlı 4 ÜNSÜR SİRRİ

Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri - İbn Sinanın "Ənənəvi tibb qanunu” kitabına görə, insanlar 4 əsas ünsürə (irqə) ayrılır.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunlar: demevilər (hava), safravilər (atəş), balgamilər (su) və sodavilərdir (torpaq). Bütün insanlar bu dörd ünsürdən birinə və ya bir neçəsinə sahibdir. Bu ünsürlər bəzi fiziki və ruhi xüsusiyyətlərin yaranmasına təsir edir.

Məşhur təbib İbn Sinanın ünsürləri həm insanın xarakterini təsbit etmək, həm də bədəninin fizioloji quruluşunu tanımaq üçün çox mühüm vasitədir.

İnsanlar başqa ünsürlərə meyil etdiyi zaman qeyri-stabillik meydana gəlir, balans pozulur və nəticədə xəstəliklər ortaya çıxır. Məsələ ondadır ki, bütün orqan və xəstəliklər də ünsürlərlə bağlıdır. Həkim xəstənin ünsürünü müəyyən etdikdən sonra xəstəliyin müalicəsinə başlayır.

Dediyimiz kimi, bütün xəstəliklər ünsürlərdə tarazlığın pozulması nəticəsində meydana gəlir. Elə buna görə də tarazlığı qorumaq üçün bəzi müalicə üsulları həyata keçirilir. İbn Sina “Ənənəvi tibb qanunu” kitabında ünsürlərdə tarazlığı qorumaq üçün bitkilərdən hazırlanan dərmanları, hacamat və zəli müalicəsini tətbiq etməyi tövsiyə edirdi.

İranda İbn Sina Ənənəvi Təbabət sahəsi üzrə 6 il təhsil alan türkiyəli dermataloq Aida Berenjian 4 ünsür və onların əsas xüsusiyyətlərini açıqlayıb.

İsti ünsürlər

Demevilər (hava): Enlikürək və iri sümük quruluşuna sahibdirlər. Dəriləri əsmər və ya çəhrayıdır. Gözləri qara və ya tünd qəhvəyi rəngdədir. Ürək-damar, təzyiq problemləri, dəri (ekzema, sızanaq) və nevroloji xəstəliklərə meyllidirlər. Şairlik qabiliyyətləri var, çox cəsarətli və səxavətlidirlər. Yaxşı yaddaş və zəkaları var, güclü rəhbərdirlər, daim yenilik axtarışlarında olurlar, risk etməkdən qorxmurlar.

Safraviler (od): Sümük quruluşu xırdadır. Dəri rəngləri sarımtıldır. Gözləri qəhvəyi və açıq-qəhvəyi olur. Qaraciyər, öd kisəsi xəstəlikləri, baş və boyun ağrısı, mədə xəstəliklərinə meyllidirlər. Tez əsəbiləşib tez sakitləşirlər, çox aktiv, hərəkətlili olduqları üçün az yatmağa üstünlük verirlər. Zehinləri çox itidir. Tələskən tiplərdir. Hər şeydən tez bezdikləri üçün hər zaman dəyişiklik axtarırlar.

Soyuq ünsürlər

Balgamiler (su): Bədən quruluşları böyükdür, kökəlməyə çox meyillidirlər. Dəri rəngləri ağdır. Gözləri mavi və ya yaşıldır. Saçları sarı, ya da qaradır. Soyuq hava onlara çox tez təsir edir. Qəbizlik, reflyuks kimi həzm sistemi, astma, bronxit, oynaq ağrıları kimi xəstəliklərə meyillidirlər. Sakit və soyuqqanlı insanlardır. Nizam-intizamı çox sevirlər. Qaydalara hər zaman riayət edirlər. Yavaş və asta-asta danışırlar. İctimai elm və müsahibat sahələrində bacarıqları ilə seçilirlər. Bəzən qorxaq və utancaq olurlar.

Sodaviler (torpaq): İncə bədən quruluşuna malikdirlər. Əksəriyyəti qarayanızdır. Göz rəngləri qəhvəyi tonlardadır. Saçları qalın və buruqdur. İsti havanı çox sevirlər. Qəbizlik, xərçəng, depressiya, ruhi və sinir xəstəliklərinə meyillidirlər. Mühafizəkar və sərt insanlardır, qapalı və introvent tipə aid insanlardır. İntrovert tipə aid olanlar tənhalığa qapılır, kitab oxuyur, sakitlik və rahat həyata üstünlük verir. Çox diqqətcildirlər. İnadkar olsalar da, kiçik kompleksləri çoxdur. Detektivlik kimi peşələrdə yaxşı uğur qazanırlar.

Məlumat üçün bildirək ki, İbn Sina ümumilikdə 450 əsər yazıb və günümüzə onlardan sadəcə 270-i gəlib çatıb. İbn Sina tibb elminə dair 40, fəlsəfəyə dair isə 150 əsər yazıb. Onun iki kitabı - "Kitabu-Şifa" (Şəfa kitabı) və "Əl-Qanun fit-tibb" (Tibbdə qanun) Qərb universitetlərində tədris olunur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm