Sağlamlıq
Ballı armud yesəniz... - İnanılmaz MÖCÜZƏVİ TƏSİR
Liflə zəngin olan armudu bal ilə qarışdırıb yedikdə orqanizmdə nə baş verir? Ballı armud hansı xəstəliklərin müalicəsində müsbət təsir göstərir?
Publika.az bu dəfə oxucuları ballı armudun müalicəvi faydaları ilə tanış edib.
Həzmi asanlaşdırır
Ballı armud həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Armudun tərkibindəki liflər bağırsaq hərəkətlərini tənzimləyir. Balda olan olan fermentlər isə həzm sisteminin sağlamlığı üçün olduqca faydalıdır.
Arıqlamağa kömək edir
Bal və armudun ehtiva etdiyi müxtəlif antioksidantlar, mineral və vitaminlər arıqlamağa kömək göstərir. Qəbizlik və bağırsaq problemlərini həll edir, babasil ağrılarını da aradan qaldırır.
Təngənəfəsliyi azaldır
Müxtəlif boğaz ağrılarına və təngənəfəsliyinə yaxşı təsir edən ballı armud mikrobları təmizləyir və sağlam ciyərə sahib olmağınızı təmin edir.
Qan laxtalanmasının qarşısını alır
Böyük təhlükə və xəstəliklərə yol açan qan laxtalanmasının qarşısını alır. Qan duruldan təbii vasitə olan armud bal ilə birləşdikdə qanda qırmızı qan hüceyrələrini artıraraq damarın oksigen səviyyəsini də yüksəldir.
Ürək döyüntülərini tənzimləyir
Ballı armud ehtiva etdiyi komponentlər sayəsində ürək döyüntülərini tənzimləyir. Mütəxəssislər tərəfindən əsasən idmançılara və idmanla məşğul olanlara tövsiyə edilir. Armud ürək-damar xəstəliklərini də sağaldır.
C vitamini anbarı
Armudun tərkibində bol olan C vitamini qrip infeksiyalarından sizi uzaq tutaraq xəstəliklərə qarşı immun sistemini qoruyar.
Aytən
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!