Təmizlənmək üçün ən mükəmməl yay pəhrizi
Bizi izləyin

Sağlamlıq

Təmizlənmək üçün ən mükəmməl yay pəhrizi

Yaz mövsümündə orqanizmi artıq kalorilərdən təmizləmək üçün xüsusi pəhriz növündən istifadə etmək olar. Oqranizmin ən çox vitaminə ehtiyac duyduğu dövr yaz fəslidir.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu pəhriz qış boyu orqanizmə yığılmış artıq maddələrdən xilas olmağa, bədənin tonusunu artırmağa, o cümlədən avitaminozun aradan qaldırılmasına yardımçı olacaq.

Pəhriz menyusu:

1-ci gün

Səhər yeməyi: üzüm və ya boranı ilə birlikdə yarma sıyığı, arpa çörəyi və çay

Nahar: tərəvəz şorbası, pörtləmiş kök, turp və soğan, qara gavalı və ya alma kompotu,

Şam yeməyi: qarabaşaq (üzərinə bal və ya zeytun yağı da əlavə etmək olar), limonlu çay

2-ci gün

Səhər yeməyi: üzüm və ya qaysı qurusu ilə yulaf sıyığı, meyvə salatı, yasəmən çayı.

Nahar: tərəvəz salatı (turp, kərəviz və alma), göbələk supu, tərəvəz qovurması və kompot.

Şam yeməyi: salat (alma, çuğundur və boranı) düyü, çay.

3-cü gün

Səhər yeməyi: tərəvəz salatı, düyü sığıyı qara gavalı ilə və çay.

Nahar: salat (alma, qara gavalı, çuğundur), gül kələmindən sıyıq, qızardılmış boranı və çay.

Şam yeməyi: salat (turp və kök) qarabaşaq, çay.

4-cü gün

Səhər: təbii yoqurt və ya meyvə şirəsi ilə myüsli, meyvə, çay

Nahar: salat (turp və kök), pomidorla birgə darı sıyığı.

Şam: pörtləmiş alma, ot çayı,

5-ci gün

Səhər: salat (boranı, alma və bal), boranı ilə darı sıyığı

Nahar: salat (çiy çuğundur, kök, boranı, alma və tərəvəz) tərəvəz şorbası, kompot

Şam yeməyi: salat (çuğundur, pomidor və sarmısaq) düyü, çay.

6-cı gün:

Səhər: yulaf sıyığı, çuğundur ikrası, yaşıl çayla bal

Nahar: salat (kök və digər tərəvəzlər), borş, pörtləmiş tərəvəz, pörtləmiş alma, meyvə şərbəti

Şam: Dəniz kələmi, pörtləmiş gül kələmi, çay

7-ci gün

Səhər: düyü sıyığı, meyvə salatı, ot çayı.

Nahar: salat (çuğundur, kök, cəfəri, sarmısaq), borş, gül kələmindən və qarabaşaqdan hazırlanmış kotlet və çay.

Şam: pörtlədilmiş tərəvəz ilə düyü, ot çayı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm