Bu gün və aya diqqət - İNFARKT RİSKİ yüksəlir
Bizi izləyin

Sağlamlıq

Bu gün və aya diqqət - İNFARKT RİSKİ yüksəlir

Bazar ertəsi və dekabr ayı infarkt üçün riskli dövrlərdir.

Publika.az xəbər verir ki, bununla bağlı İsveçrədə xəstəxanalara infarkt şikayəti ilə müraciət edən 156 mindən çox xəstənin nəticələri araşdırılıb.

Yeddi il ərzində aparılan araşdırma nəticəsində infarkt keçirmə vaxtı ilə bağlı qəribə bir xüsusiyyət kəşf edilib. Məlum olub ki, həftənin günlərindən ən çox bazar ertəsi, ən az isə şənbə günlərində insanlar infarkt keçirir. Çərşənbə axşamından cümə gününə qədər olan müddətdə isə infarkt keçirmə riski 11 faiz artır. Infarkt riski həftənin ilk günü digər günlərə nisbətdə 20 faiz daha çox olur.

Aylara gəldikdə isə ən çox dekabr, ən az isə iyul ayında infarkt keçirirlər. İyul ayındakı tətilin ürək sağlamlığınız üçün Yeni il tətilindən daha yaxşı olduğu deyilir. Araşdırmaya görə infarkt riski ən çox bazar ertəsi səhər saatlarında yüksəlir. Bu da həmin saatlarda insanların daha çox stressli olması ilə izah edilir.

Bunun üçün də həkimlər infarkta qarşı stressdən uzaq durmağı məsləhət görür.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm