Sağlamlıq
Yuxudan ayıla bilmirsiz? - Bu içkilərdən İSTİFADƏ EDİN!
Yuxudan ayılmaqda çətinlik çəkənlər bəzən müxtəlif vasitələrə əl atsalar da, çox vaxt çarəsi olmur.
Publika.az daha bir çıxış yolu təqdim edir. Bu içkilərdən hansınısa qəbul etsəniz, özünüzü bütün gün gümrah və enerjili hiss edəcəksiniz.
Limonlu su
Günə qəhvə və ya çayla yox, bir stəkan limonlu isti su ilə başlamağınız çox faydalıdır. Bu sadə kokteyl qanı təmizləyir, yüksək qan təzyiqi ilə mübarizə aparır, metabolizmin sürətini artırır (çəki itirmək üçün), mövsümi baş ağrılarından qoruyur, amma ən əsası - bütün gün üçün güc və əla əhval-ruhiyyə verir.
Yaşıl meyvə-tərəvəz
Təzə xiyar, ispanaq, brokkoli, kivi, kərəviz və s. - zövqünüzə uyğun hər şeyi mix edə bilərsiniz.
Yaşıl çay
Müstəqil içki kimi qəhvədən daha yaxşıdır. Çayın dadını limon, zəncəfil, nanə kimi əlavə qatqılarla fərqləndirə bilərsiniz.
Nar suyu
Nar suyunun sağlamlığa faydaları çoxdur. Hətta uşaqlar və hamilə qadınlar üçün də olduqca faydalı içkidir. Nar suyu ürək-damar sistemini gücləndirir.
Zəncəfilli çay
Zəncəfil faydalı elementləri özündə biləşdirir. Zehni işlə məşğul olan insanlar üçün zəncəfil çayı xüsusilə vacibdir, çünki diqqətin konsentrasiyasını yaxşılaşdırır. Həmçinin mövsümi xəstəliklərin də qarşısını almaqda yardımçıdır. Həyat verən eliksir üçün hər kəsə faydalı olacaq resept: bir çay qaşığı bal və limonlu qaynar suya nanə yarpağı və zəncəfil kökü əlavə edib qarışdırın və için.
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...