Dahi yetişdirməyin yolu tapıldı: sən demə, o uşaqlar 10 qat...
Bizi izləyin

Sağlamlıq

Dahi yetişdirməyin yolu tapıldı: sən demə, o uşaqlar 10 qat...

Tədqiqatçıların sözlərinə görə, artıq üçüncü sinifdən uşağın gələcəyini müəyyən etmək mümkündür. Potensial Eynştenyləri ibtidai məktəbdən tanımaq olar, amma onların əksəriyyəti öz istedadlarını düzgün istiqamətə yönləndirmirlər. Bəs problem nədədir?

Publika.az xəbər verir ki, “Equality of Opportunity Project” araşdırmasının alimləri hansı uşaqların ABŞ-da yenilikçi kimi böyüdüyünü öyrənmək üçün riyazi test nəticələrini təhlil edib. Onların qənaətinə görə, uşaqların həyatının əvvəlində üzləşdiyi məhdudiyyətlər müəyyən edir ki, onlar cəmiyyətə dönüş yaradan ideyalar verəcək, ya yox.

Tədqiqatın müəllifi və Harvard Universitetinin aspirantı Aleks Bell bildirib ki, nəticəni öyrənəndə çox təəccüblənib:

"Artıq üçüncü sinifdən uşaqların elmi və riyazi testlərinə əsasən onlardan hansılarının yaradıcı olduğunu öyrənmək mümkün olduğunu biləndə bir az şoka düşdüm. Ancaq ən yaxşı qiymətləri olan şagirdlər belə yenilikçi və yaradıcı şəxsiyyət kimi yetişməyə bilər. Əlbəttə ki, onlar yüksək cəmiyyətdən olan oğlan uşaqları deyilsə. Məlum olub ki, ən yüksək gəlirli ailələrinin uşaqlarının orta və aşağı təbəqədən olan öz həmyaşıdları ilə müqayisədə ixtiraçı olmaq ehtimalı 10 qat daha yüksəkdir. Bundan başqa ağ dərili uşaqların novator olmaq ehtimalı qara dərililərdən 3 dəfə daha çoxdur".

Bu tənasübsüzlüyü azaltmaq üçün uşağın ətraf mühitini dəyişmək və onun üzərində işləmək lazımdır ki, yeni ideyalarla tanış olsun. Uşaqların ixtiraçılığa meyilli böyüməsi ona gətirib çıxarıb ki, onlar xüsusilə valideynlərinin və onların əhatəsindəki insanların çalışdığı sahələrdə patent sahibi olub.

Bellin sözlərinə görə, biz örnək görə bilmədiyimiz biri ola bilmərik. Bunun üçün müəyyən mənada sizə oxşar nümunənin olması vacib şərtdir.

Məsələn, təsəvvür edin ki, qızlar da oğlanların tez-tez kişi ixtiraçılarla maraqlandığı kimi tez-tez qadın ixtiraçılar görür. Problemi dərk etmək həmin itirilmiş Eynşteynlərin qorunmasına doğru ilk addımdır. "Söhbət onda deyil ki, hansısa adamlar bu prosesdən kənar qalırlar. Bu, bütün cəmiyyət üçün çox önəmlidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm