Bunu 3 gün yesəniz, çox təəccüblənəcəksiniz
Bizi izləyin

Sağlamlıq

Bunu 3 gün yesəniz, çox təəccüblənəcəksiniz

Sağlam çəkinin qorunub saxlanması həlledici əhəmiyyətə malikdir, lakin o da həqiqətdir ki, balanslaşdırılmış çəkiyə malik olmaq hər kəsə nəsib olmur. Bir qrup insan ya arıqlamağa, ya da kökəlməyə çalışır. Təəssüf ki, ciddi pəhrizlərə və ümumi həyat tərzində dəyişikliklərə baxmayaraq, çoxumuz istədiyimiz nəticələri dərhal qazana bilmirik.

Publika.az bu yazıda arıqlamağa kömək edən, eyni zamanda orqanizmi möhkəmləndirən sadə resepti diqqətinizə çatdırır.

Səbəbi həzm sistemi ilə bağlı ola bilər. Belə ki, tənbəl bağırsaq, mədə pozğunluğu, qəbizlik və s. bu kimi həzm problemləri çəkinin aşağı düşməməsinin əsas səbəbləri hesab olunur. Çünki bu problemlər orqanizmdən zəhəri maddələrin xaric olmasına imkan vermir. Normal şəraitdə yediklərimiz yeməkdən bir və ya iki saat sonra, gündə bir və ya iki dəfə xaric olur.

Əgər bağırsağın hərəkəti üçün 24 saatdan çox vaxt lazım olursa, bu, bəzi dərmanların işlədilməsi, lif çatışmazlığı, quruluq, bağırsaq florasında pis bakteriyaların nəticəsində baş verə bilər.

Xroniki qəbizlik orqanizmin bağırsaqları boşaltmaq iqtidarında olmaması ilə səciyyələnir, nəticədə nəcis bərkiyir.

Həzm sisteminin fəaliyyətinin zəifləməsi nəticəsində mədə pozğunluğu və ya dispepsiya kimi hallar meydana gəlir. Bu, müəyyən dərmanların, turşu reflüksü, peptik yaralar, öd kisəsi anomaliyaları və s. nəticəsində yaranır.

Odur ki, mədə-bağırsaq sisteminin sağlamlığı çəki atmaq prosesinin uğurlu olması üçün həlledici əhəmiyyətə malikdir. Bu məqsədlə biz oxucuları detoksikasiya salatının resepti ilə tanış etmişik. Bu salat bağırsaq piyini aradan qaldıracaq, orqanizmdən zəhərli elementləri çıxaracaq, bədəni liflə təmin edəcək və ph səviyyəsini tarazlaşdıracaq.

Ərzaqlar:

1. Kələm

2. Çuğundur

3. Kök

4. Limon şirəsi

5. Zeytun yağı

6. Ədviyyatlar (zövqə görə)

Hazırlanması:

Kələm, çuğundur və kökü sürtgəcdən keçirin, sonra isə onları qarışdırın. Zövqə görə ədviyyatlar əlavə edə bilərsiniz, sonda salatın üzərinə bir qədər limon suyu və zeytun yağı əlavə edin.

Müsbət nəticə əldə etmək üçün bu salatı 3 gün ardıcıl olaraq şam yeməyində yeyin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm