Heç vaxt hamilə qalmayacağını demişdilər, hələ 11 yaşında... - Tibb dünyası ŞOKDA
Bizi izləyin

Səhiyyə

Heç vaxt hamilə qalmayacağını demişdilər, hələ 11 yaşında... - Tibb dünyası ŞOKDA

11 yaşında menopauza (klimaks) girən qadın 30 yaşında hamilə qalıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə baş verən bu hadisə həkimləri şoka salıb.

Belə ki, Amanda Levis adlı qız 11 yaşında menopauza girib və həkimlər ona heç vaxt uşağının olmayacağını deyib.

Lakin A.Levis həkimlərin sözlərinə baxmayaraq ana olmaq üçün yollar axtarıb. Nəticədə İVF adlı müalicə üsulu tətbiq edilən qız hamilə qalıb. 3 aylıq hamilə A.Levis həkimləri təəccübləndirib.

30 yaşlı qadın açıqlamasında 2016-cı ildə ailə qurduğunu və o vaxtdan ana olmaq üçün bir çox müalicə üsulunu araşdırdığını deyib. Sonuncu müalicəsinə isə 10 min sterlinq xərcləyib. O qəbul etdiyi müalicələr səbəbindən özünü yorğun hiss etdiyini, lakin hamiləliyində heç bir problem olmadığını deyib.

Qeyd edək ki, Amanda İngiltərənin ən gənc yaşda menopauza girən qızı idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm