Sağlamlıq
Bu, kişiləri sonsuzluqdan XİLAS EDƏCƏK
Bu gün bütün dünyada sonsuzluğa qarşı bir-birindən fərqli müalicə üsulları tətbiq edilir. Bu mübarizə üsulları isə bəzən orqanizmdə bir çox xəstəliklərin yaranmasına səbəb olur. 80 milyon cütlük bu gün sözügedən sağlamlıq problemlərindən əziyyət çəkir. Statistika göstərir ki, cütlüklər arasında yaşanan sonsuzluq problemlərinin təxminən 100-də 60-ı kişi faktoru ilə əlaqədardır. Türkiyəli mütəxəssislər hər zaman kişi sonsuzluğunun səbəbləri və müalicə əsnasında qidalanma faktorunun önəmli olduğunu deyirlər. Piylənmə və yağlı qidalanma sperma quruluşunu pozur. Trans yağ asidləri və doymuş yağların seçimi maddələr mübadiləsinə olduqca mənfi təsir göstərdiyindən bu, gələcəkdə sonsuzluğa yol aça bilir.
Pubika.az xəbər verir ki, sağlam qidalanma sonsuzluqla müalicənin bir qoludur. Bu gün hər kəsin normadan artıq istifadə etdiyi qidalar sırasında sosis, kolbasa, konservləşdirilmiş yeməklər və bu qəbildən olan qidalar xüsusilə kişilərdə sperma miqdarını azaltmaqla yanaşı təsiretmə xüsusiyyətlərini də azaldır. Bu isə sonradan bərpa edilməz nəticələr yaradır.
Türkiyəli mütəxəsislər kişilərin aşağıdakı qida rasionuna diqqət etməklə sonsuzluqdan yaxa qurtara biləcəyini düşünür:
Süd və süd məhsullarından müntəzəm istifadə etmək,
Balıq. Xüsusilə soyuq dəniz məhsulları,
Quzu əti başda olmaqla qırmızı ət və ət məhsulları,
Antioksidanlarla zəngin meyvə və tərəvəzlər,
Buğda məhsullarına üstünlük vermək,
Yer fıstığı kimi yağlı qidalar istehlak etmək.
Könül Cəfərli
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?