Yatağınızın altına soğan qoyub yatsanız... - İNANILMAZ NƏTİCƏ
Bizi izləyin

Sağlamlıq

Yatağınızın altına soğan qoyub yatsanız... - İNANILMAZ NƏTİCƏ

Soğan yalnız yeməklərə dəd verən tərəvəz deyil, ondan həm də alternativ tibdə geniş istifadə olunur.

Publika.az bu yazıda oxucuları soğanın fərqli istifadə qaydası ilə tanış edir:

Təbiblərin fikrincə, gecələr yatağın altına bir ədəd soğan qoymaq sağlamlıq baxımından faydalıdır.

Soğan, xolesterini aşağı salır, qan laxtalanmasının qarşısını alır, eləcə də astma, xroniki bronxit, soyuqdəymə, diabet kimi xəstəliklər və müxtəlif infeksiyalarla mübarizə aparmaq üçün güclü antioksidant qaynağıdır. Soğan həm də müxtəlif xərçəng növlərinin yaranmasına mane olur. Aparılan tədqiqatlar göstərir ki, soğanda olan güclü antioksidant və kükürd öskürəyə də müalicəvi təsir göstərir.

Keçməyən öskürəyə qarşı sadə üsul

Yarım soğanı kasanın içinə qoyun. Üzərinə qaynar su əlavə edib kasanı ya çarpayının altına, ya da çarpayıya yaxın yerdə masanın üzərinə qoyun! Səhəri gün otağınızdan kəskin qoxular gələ bilər, amma araşdırmalar zamanı məlum olub ki, bu üsul öskürəyi kəsir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm