Banan qabığının 9 İNANILMAZ XEYİRİ
Bizi izləyin

Sağlamlıq

Banan qabığının 9 İNANILMAZ XEYİRİ

Araşdırmalar sübut edib ki, cəmi 2 banan insanı saat yarımlıq intensiv məşq üçün lazım olan enerjiylə təmin edir. Məhz buna görə də banan idmançılar arasında belə şöhrətə malikdir. Bundan başqa, bananda xoşbəxtlik hormonu adlandırılan endofrin var. Ancaq çoxumuz elə bilirik ki, bananın ləti faydalı deyil. Bu məqaləni oxuyandan sonra daha heç vaxt bananın qabığını atmayacaqsınız. Beləliklə, bir banan qabığı ilə nələr etmək olar...

Похожее изображение

1. Suyun təmizlənməsi üçün ondan istifadə etmək olar. Banan qabığı insan orqanizmi üçün faydalı olmayan qurğuşun və misi udur. O, əla təbii filtrdir. Banan qabığını sadəcə suyun içində bir müddət saxlayın.

2. Otaq bitkiləri üçün banan qabığı əvəzsiz gübrədir. Adi suda cəmi bir sutka saxlayıb, dibçək güllərinizi sulayın.

3. Banan qabığı mükəmməl gümüş ağardır! Onu blenderlə az su qatıb əzin. Bu məcunla qaşıq və çəngəlləri sürtün, gümüşlərin necə ağardığını görəcəksiniz.

4. Banan qabığı təbii yağ və fermentlər ehtiva edir, yanıqları, sancmaları, sıyrıqlar və cızıqları xeyli yüngülləşdirməyə, həmçinin yaraların sağalmasına kömək edir. Zədələnmiş yerə qabığın iç tərəfini qoymaq kifayətdir. Ziyili də çıxarmaq üçün tövsiyə olunur. Ziyilin üzərinə tamamilə itənə qədər banan qabığı qoyun.

5. Banan qabığı psoriaz və bu kimi xəstəliklərin simptomlarını yüngülləşdirmək üçün faydalıdır. Bu halda banan qabığını zədələnmiş sahələrə sürtün. Çox tezliklə ağrıların çəkildiyi hiss olunacaq. Həmin üsulla civzələrlə mübarizə aparmaq olar. Qeyd edək ki, ümumilikdə banan qabığı dərini yaxşı qidalandırır və nəmləndirir, belə ki, bir çox qadınlar cavanlaşmaq üçün ondan istifadə edirlər.

6. Banan qabığı köməyi ilə dişlərinizi ağartmaq mümkündür. Onun tərkibində kalium, kalsium, maqnezium, manqan və fosfor kimi diş minasını ağardan mineralllar kütləsi var. Dişlərinizi fırçaladıqdan sonra, iki dəqiqə ərzində banan qabığı ilə sürtün. Nəticəni gözləməyə ehtiyac qalmır!

7. Banan qabığının tərkibində təbii yağlardan başqa həm də mum var. Həmçinin siz ayaqqabı kremi əvəzinə onu istifadə edə bilərsiniz. Öz sevimli ayaqqabınızı qabıqla ovuşdurun, sonra isə adi üsulla onları cilalayın.

8. Məlumdur ki, banan qabığında çoxlu kalium var. Arıqlamaq üçün bu, gözəl vasitədir, çünki kalium metabolizmi sürətləndirir, daha çox yağları yandırır. Banan qabığına alma, darçın və buz əlavə edərək püre edin. Sübut olunub ki, belə pürenin istifadəsindən sonra orqanizmdə serotonin və dopamin səviyyəsi artır.

9. Banan xərçəng kimi ümidsiz xəstəliyə qarşı mübarizədə kömək edə bilər. Məsələn, banan qabığı orqanizmin ümumi müqavimətini artıran ağ qan hüceyrələrinin yaranmasına səbəb olur. Bu məqsədlə bananlı çaydan istifadə edə bilərsiniz. Banan qabığını 10 dəqiqə ərzində qaynadıb bal əlavə edin. İstənilən halda bu, faydalı içkidir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm