Ac qalmadan ARIQLAMAĞIN YOLLARI
Bizi izləyin

Sağlamlıq

Ac qalmadan ARIQLAMAĞIN YOLLARI

Tərtib etdiyi pəhriz ilə dünya dietoloqlarını bir neçə addım geridə qoyan Pyer Dükan bizim ölkəmizdə də az sevilmir. Dünya şöhrətli dietoloqun ac qalmadan arıqlamaq istəyənlər üçün onlarla faydalı məsləhəti var.

Publika.az bir neçəsini təqdim edir:

Tezbazar aclıq hissinizi yatışdırmaq istəyirsinizsə, zülallarla bol məhsullar seçin. Bu ərzaqlar həm enerji mənbəyi sayılır, həm də orqanizmi uzun müddət tox saxlayır. Yağlılıq faizi aşağı olan qatıq, öz suyunda bişirilmiş tuna balığı, yulaf kəpəyindən hazırlanmış qurabiyələr buna misal ola bilər.

Hətta arzuladığınız ideal çəkiyə sahib olsanız belə az şəkər qəbul edin. Piylənməni tezləşdirən xassəsindən əlavə şəkər həm də xərçəng hüceyrələrinin inkişafında əvəzsiz element sayılır. Həmçinin dietoloq hamiləliyin son 6 ayında şəkərdən istifadənin minimuma endirilməsini tövsiyə edir. Çünki körpənin mədəaltı vəzi məhz bu dövrdə formalaşır.

Pyer Dükan hamilə qadınlara və 18 yaşa çatmamış şəxslərə tərtib ediyi pəhrizi qəti qadağan edir.

Zülallı məhsullarla qidalandıqdan sonra suda üzməkdən imtina edin. Zülal həzm olunan müddətdə bədənin temperaturu artır. Soyuq suya daxil olanda isə temperatur fərqindən insan huşunu itirə bilər. Dükan bu səhv ucbatından iki dostunun həyatını itirdiyini qeyd edir.

Картинки по запросу pierre dukan

Gün ərzində 6 qramdan çox duz qəbul etməyin. Bu, sizə həm də ərzaqların təbii dadından zövq almağa imkan yaradacaq.

Səhər yeməyinizə xüsusi diqqət ayırın. Yulaf kəpəyi və ağartı məhsulları ilə zəngin səhər yeməyi gün ərzində gümrah və xoş əhval deməkdir.

Çəkinizin stabil qalmağını istəyirsinizsə, gün ərzində fiziki hərəkətləri artırın. Təmiz havada 1 saatdan artıq gəzinti buna misal ola bilər.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm