Qadından 14 kiloqramlıq şiş götürüldü - Foto
Bizi izləyin

Sağlamlıq

Qadından 14 kiloqramlıq şiş götürüldü - Foto

Qadından 14 kiloqramlıq şiş götürüldü - Foto

Hindistanda bir qadının mədəsindən 14 kiloqram çəkidə şiş götürülüb. Bu, dünyada ən iri şiş hesab olunur. Üç saatlıq əməliyyatdan sonra həkimlər onu qadının mədəsindən ayıra biliblər.

Şiş qadının bədənində 20 il ərzində yetişib və xəstə qanaxmayla xəstəxanaya yerləşdirilib. Şiş qadının uşaqlıq boynuna bitişdiyindən qanaxmaya səbəb olub.

Bu illər ərzində qadın yalnız təngnəfəslikdən əziyyət çəkib. Qadının bədənindən ayrılmış şiş sağlam dünyaya gəlmiş körpənin çəkisindən beş dəfə çoxdur.

Bundan əlavə, şişin yenidən yaranmasının qarşısını almaq üçün həkimlər qadının uşaqlıq boynunu da kəsib götürməli olublar. Qadın hazırda xəstəxanadan evə buraxılıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm