• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bel ağrısını azaldan hərəkətlər

Bel ağrısını azaldan hərəkətlər

Gün ərzində oturaq həyat tərsi, eləcə də bədənində duzu olanlar bel ağrılarından əziyyət çəkirlər. Bu dəfə xəbərimdə bu bel ağrılarını azaltmaq üçün sizə bir sıra idman hərəkətləri göstərmək qərarına gəldim. Beliniz ağrıyarkən bunları etsəniz, faydasını da görəcəksiniz.

1. Kürəyi üstə uzanın və ayaqlarınızın ikisini də eyni anda astaca qarnınıza tərəf çəkin. Əlinizlə də ayağınıza dəstək verərək qarnınıza tərəf sıxın və 20 saniyə bu vəziyyətdə qalın.

2. Ayaqlarını çiyin bərabərində aralayın və dizlərinizi bükmədən mümkün olduğu qədər önə doğru əyilin. Əyildikdən sonra isə 20 saniyə bu halda gözləyin. Sonra isə dikəlin.

3. Yerdə dizlərinizin üzərində əyləşin və önə doğru bacardığınız qədər əyilin. Əyilərkən xüsusilə diqqət edin ki, çanağınızı tərpətmədən və ayaqlarınıza dayanmış halda olsun. 20 saniyə bu vəziyyətdə gözlədikdən sonra dikəlin.

4. Yenə də dizlərinizin üzərində oturub çanağınızı tərpətmədən sağ tərəfə doğru əyilin. Bu vəziyyətdə 20 saniyə gözləyəndən sonra eyni hərəkəti sağ istiqamətə də edin.

5. İrəli doğru bir addım atın. Arxadakı ayağınızı isə düz saxlayın, dizinizi bükməyin. Ağırlığınızı öndəki ayağınıza verin və 20 saniyə bu vəziyyətdə qalın. Sonra eyni hərəkəti digər ayağınızla edin.

6. Kürəyi üstə uzanın və ayağınızı ayağınızın üzərinə aşırın. Sonra isə ayağınızı şəkildəki kimi tutaraq özünüzə doğru çəkin. Eyni hərəkəti digər ayağınız üçün də edin və hər ayağınızı həmin vəziyyətdə 20 saniyə saxlayın.

Bel ağrılarının həyatınızı korlamasına icazə verməyin. Daim sağlamlığınızın qeydinə qalın və həyatı doya-doya yaşayın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR