Əllərin əsməsi bu xəstəliyin ilk simptomudur - HƏKİM RƏYİ
Bizi izləyin

Sağlamlıq

Əllərin əsməsi bu xəstəliyin ilk simptomudur - HƏKİM RƏYİ

Bəzən yaşlı insanların əllərinin qeyri-ixtiyari əsdiyini müşahidə edirik. Bu, bəzən cavan insanlarda da müşahidə edilir. Amerikalı mütəxəssislər bunun təsadüfi və ya yaşla əlaqəli deyil, məhz "Parkinson" xəstəliyinin simptomu olduğunu düşünürlər. Heç bir səbəb olmadan yarana bilən xəstəlik bir çox ağır fəsadlara yol aça bilər.

Publika.az xəbər verir ki, həkimlər bildirir ki, əllərin əsməsi insan fiziologiyası üçün nisbətən normal hesab edilir. Lakin bu, kənardan qətiyyən hiss olunmadığı müddətcə normal hesab edilir.

Fizioloji titrəmə adlandırılan tremor titrəməni yaradan və gücləndirən səbəblər isə əksər hallarda stress və hormonal dərmanlardır. Həkimlər insanları sağlam həyat tərzi yaşamağa dəvət edir.

İlkin simptomlara - yorğunluq, kofein qəbulu, həyəcan və s . daxildir. Belə ki, normal istirahət etmədən, yuxu rejimini pozan şəxslərdə səhər saatlarında halsızlıq və əllərdə titrəmə ola bilir. Bəzən bunu yuxudan "kal" durmaqla əlaqələndirib üzərində dayanmırlar. Lakin bu, heç də belə deyil. Xüsusən çay, qəhvə hazırlayan, tərəvəz doğrayan zaman hiss olunur. Məsələn, stəkan tutanda əllərinizin sabit dayanmadığını müşahidə edirsizsə həkimə müraciət edin.

Bəzən axşam yatmazdan əvvəl əllərin titrəməsi ola bilir. İnsanlar bunu əsəblə əlaqələndirərək kofe və digər tərkibində yüksək miqdarda kofein olan içkilər içərək sakitləşdirməyə çalışır. Həkimlər həddən artıq kofeinli içki qəbulunun da əllərdə titrəməni sürətləndirdiyini iddia edir. Normalda insan orqanizminin sutkalıq kofein qəbulu çox olmamalıdır.

Stress, həyəcan özü də psixoloji təsir edərək əsmə yarada bilir. Bundan başqa, qəbul edilən bəzi hormonal dərman preparatları, depressiya əleyhinə qəbul edilən dərmanlar da əllərin əsməsinə səbəb ola bilər.

Həkimlər yaş faktorunu nəzərə alaraq bu cür xəstəliklərin əsasən 50-60 yaş arası şəxslərdə daha çox rast gəlindiyini deyir. Əllər dinc vəziyyətdə əsmirsə, lakin hərəkət zamanı (yazı yazarkən, əldə hər hansı obyekt tutarkən) əsməyə başlayırsa həkimə müraciət etmək lazımdır.

Parkinson titrəməsi bəzən əllərin hərkətsiz vəziyyətində də güclü titrəmə ilə müşahidə edilə bilir. Zamanla bu xəstəliyin fəsadları orqanizmin digər bölgələrinə də təsir göstərə bilər. Belə xəstələr daim fikirli və kədərli görünürlər. Emosionallıqları nisbətən azalır. İstənilən halda yaxşı olardı ki, əl titrəməsi zamanı bir kurs nevropotoloq nəzarəti altında müalicə təyin edilsin.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm