Alimlərdən inanılmaz TİBBİ KƏŞF: Beyində elə bir şey tapıldı ki... - FOTO
Bizi izləyin

Sağlamlıq

Alimlərdən inanılmaz TİBBİ KƏŞF: Beyində elə bir şey tapıldı ki... - FOTO

ABŞ-ın Allen Beyin Araşdırmaları Universitetinin araşdırma qrupu tibb elmində ilkə imza atıb.

Publika.az xəbər verir ki, alimlər ilk dəfə bir siçanın beyninin bütün ətrafına dolanmış neyron şəbəkəsi tapıb.

Bu neyron beynin hər iki yarımkürəsinə o qədər sıx bağlanıb ki, mütəxəssislər bunun şüurun kökünə dair bir açıqlama verə biləcəyini düşünür. Komanda yeni bir görüntüləmə metodundan istifadə edərək beynin ən yaxşı əlaqə bölgələrindən birindən bütün beyinə yayılan nəhəng neyron şəbəkəsini təsbit edib və bunun şüurlu düşüncə yaratmaq üçün beynin fərqli bölgələrindən gələn siqnallara nəzarət edə biləcəyini ehtimal edib.

Kəşf edilən bu neyron bir məməlinin beynində ilk dəfə rast gəlinən ən böyü üç neyrondan biridir. Yeni görüntüləmə texnikasından istifadə etməklə insan beynində yüzillərdir cavabı tapılmamış suallar aydınlığa qovuşa bilər.

Araşrdırmaçı komanda Merilənddəki İnnovativ Neyrotexnologiyaların İnkişafı (Advancing Innovative Neurotechnologies) toplantısında hər üç neyronun da beynin hər iki yarımkürəsinə necə uzandığını izah edib. Ən böyük neyronun isə beynin çevrəsini bir tikanlı tac kimi sardığını da söyləyib.

Komandanın başçısı Xristofor Koç daha öncə beynin hər iki bölgəsindən uzanan bu qədər uzun neyron şəbəkəsi görmədiyini etiraf edib. İşin maraqlı tərəfi isə odur ki, üç nəhəng neyron daha öncə insan şüuru ilə qəribə bağlantıların göstərildiyi, bütöv beyinə nisbətən ən sıx bağlandığı bölgəsi olan nazik, boz təbəqə olan klostrum bölgəsindən yayılmaqdadır. Bu kiçik bölgə - neyrokorteksin beynin mərkəzində yerləşən iç hissədə gizlənib və korteksin dil, uzunmüddətli planlama, hissiyyatlı işlər kimi daha yüksək şüur tələb edən hərəkətləri gerçəkləşdirmək üçün beynin bütün bölgələri ilə əlaqə yaradır.

2014-cü ildə 54 yaşlı bir qadın Vaşinqtonda yerləşən Corc Vaşinqton Universitetinin Tibb fakültəsinə epilepsiya şikayəti ilə müraciət edib. Müalicə epilepsiya tutmalarının potensial qaynağı olan bölgəni daraltmaq üçün beynin müxtəlif bölgələrinin elektrotlarla incə şəkildə oyandırılmasını ehtiva edib. Ancaq həkim komandası qadının klostrum bölgəsinə xəbədarlıq göndərməyə başladığında şüurunu qapaya biləcəklərini kəşf ediblər.

Həkim Helen Tomson “Yeni alim” dərgisinə verdiyi müsahibədə həmin anları belə xatırladır:

“Komanda yüksək dərəcədə elektrik xəbərdarlıqları ilə bölgəni oyandırdığında qadın şüurunu itirdi və oxumağa davam etmədi. Baxışları ifadəsiz şəkildə boşluğa daldı, eşitmə və görmə əmrlərinə cavab vermədi. Nəfəsi yavaşladı. Xəbərdarlıq dayandırıldığı anda şüuru dərhal geri qayıtdı və hadisəni xatırlamadı. İki gün eyni şəkildə aparılan sınaqlar boyunca eyni şeylər təkrarlandı”.

Lakin professor Koç belə ani və müəyyən şüur saxlamaq və yenidən başlatmaq metodunu daha öncə görülməmiş bir şey olduğunu deyib.

2015-ci ildə başqa bir sınaqda klostrumun zədələnmiş bölgələlərini travmatik beyin zədələri ilə birlikdə 171 müharibə müxbirinin şüuru üzərindəki təsirləri araşdırılıb. Klostrum zədəsinin şüurun itirilməsinin zamanı ilə deyil, tezliyi ilə bağlı olduğu üzə çıxıb. Və bunu şüurun açılıb-qapanmasında önəmli bir rol oynaya biləcəyi ehtimal edilib. İndi isə professor Koç və komandası siçanların beynində həmin sirli bölgədən çıxan geniş neyron şəbəkəsi aşkar edib.

Neyronların xəritəsini çıxarmaq üçün araşdırmaçılar fərqli boyaları sinir hüceyrələrinə yeridib, beyni incə dilimlərə kəsərək neyronun yolunu əl ilə izləmək məcburiyyətindədirlər. Bu olduqca primitiv üsuldur. Bu prosesdə beyni yox etmək məcburiyyətində olduqları düşünüldüyündə insan orqanları üzərində daimi şəkildə aparıla bilən bir araşdırma metodu olmadığı məlum olur.

Lakin bu kəşf insanın şüurunun nədən qaynaqlandığı, iş prinsipinin necə müəyyən edildiyi suallarına birbaşa cavab tapa bilər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm