SİQARET ÇƏKƏNLƏRİN NƏZƏRİNƏ - Ramazanda siqareti bu üsulla tərgitmək olar
Bizi izləyin

Sağlamlıq

SİQARET ÇƏKƏNLƏRİN NƏZƏRİNƏ - Ramazanda siqareti bu üsulla tərgitmək olar

Siqaret çəkmək alışqanlığı olan insanlar üçün Ramazan ayı eyni zamanda zərərli vərdişlərindən uzaqlaşmaq üçün bir fürsətdir. Mütəxəssislər deyir ki, oruc tutmaq siqareti tərgitməyə yardımçı ola bilər. İlk günlər çətin olsa da, hər gün təxminən 12 saat ondan ayrı qalmaq orqanizminizin təmizlənməsinə gətirib çıxara bilər.

Publika.az xəbər verir ki, həkimlər Ramazan ayında siqaret çəkən insanları pis vərdişlərini tərgitmək uğrunda daha inadla mübarizə aparmağa səsləyib.

Oruc tutarkən siqaret çəkmək istəyini azaltmaq istəyənlər üçün bir neçə təkliflərdən faydalana bilərsiz:

Qısa bir gəzinti, mühit dəyişdirmək, həyətdə çalışmaq.

Kitab, qəzet oxumaq, sosial şəbəkələrdə gəzişmək.

Dəniz kənarında zaman keçirərək, təmiz hava qəbul etmək.

İmsakda və iftarda bol-bol su için. Ramazan ayında çoxlu su içmək siqaretin yaratdığı vərdişdən qurtulmağa kömək edir.

Mütəxəssislər iftarı açan kimi yeməkdən öncə ac qarına siqaret çəkməyi qadağan edir.

Mümkün qədər çox nanə yeyin. Siqaret çəkmək istəmirsinizsə, nanə qəbul edin.

Hər gün 1 stəkan pomidor suyu ilə vücudunuzdakı nikotin ehtiyacından xilas ola bilərsiniz.

Həkimlər iftarda çoxlu yemək yeməyin ürəyə ziyan olduğunu deyir. Bu infarkt riskini artıra bilər. Eyni zamanda yüksək təzyiq, mədə yarası, şəkərli diabetdən əziyyət çəkən şəxslərin oruc tutması tövsiyə edilmir. Bu şəxslərin ac qarına siqaret çəkməsi isə sağlamlıqları üçün ciddi təhlükə yarada bilir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm