Ürək üçün faydalı olan qidalar
Bizi izləyin

Sağlamlıq

Ürək üçün faydalı olan qidalar

Gündəlik istifadə edəcəyiniz 3 kiçik parça acı şokolad ürək və damar sistemi üçün olduqca faydalıdır. Acı şokolad təzyiqi və pis xolesterolu aşağı salır. Əlavə olaraq xaricdə aparılan araşdırmalar nəticəsində acı (bitter) şokoladın infarkt riskini də 50 f

Şokolad

Gündəlik istifadə edəcəyiniz 3 kiçik parça acı şokolad ürək və damar sistemi üçün olduqca faydalıdır. Acı şokolad təzyiqi və pis xolesterolu aşağı salır. Əlavə olaraq xaricdə aparılan araşdırmalar nəticəsində acı (bitter) şokoladın infarkt riskini də 50 faiz nisbətində aşağı saldığı görülmüşdür.

Yaşıl çay

Tərkibində yüksək nisbətdə antioksidan, A, C və E vitaminləri var. Antioksidan xüsusiyyəti səbəbiylə ürək xəstəliklərinin qarşısını almaqda olduqca təsirlidir. Bu səbəblə gündə ən az 1 fincan yaşıl çay içməlisiniz.

Somon və ton balığı

Ürək sağlamlığı baxımından əhəmiyyətli və lazımlı olan omega-3 yağ turşusu somon və ton balığında yüksək nisbətdədir. Həftədə ən az bir dəfə somon balığı və ya ton balığı yeməyinizdə fayda var.

Qoz

Qoz qida dəyəri cəhətdən zəngin bir qidadır. Tərkibində thiamin, folacin, A, B1, B2, B 6, C, D, E və P vitaminləri var. Bundan əlavə, qozun tərkibində dəmir, sink, mis, maqnezium, fosfor və kalium da bol miqdarda mövcuddur. Qozda olan yağ turşuları ürək xəstəliklərinə qarşı qoruyucudur. Ürək və təzyiq xəstələrində qan təzyiqini nizamlayır. Qanın laxtalanma vəziyyətində qozdan istifadə edildiyi zaman qan laxtalanmasını önləyir. Gündə bir neçə ovuc qoz yemək ürəyə gedən qan dövranını nizamlayar, damar sərtləşməsini önləyər və ürək xəstəliyi riskini azaldar.

Yulaf əzməsi

Tərkibindəki liflər sayəsində ürək sağlamlığını qoruyur. Tərkibində olan B və E vitamini ürək xəstəliklərini önləyir. Ayrıca zülal, kalsium, dəmir, sink, mis, maqnezium ehtiva edir. Bu səbəblə istifadəsi artırılmalıdır.

Qulançar

Kalorisi olduqca aşağı olan bir qidadır. Tərkibində B6 vitamini, fol turşusu, C vitamini, keratin və müxtəlif liflər vardır. 1 kasa qaynadılmış qulançar bədənin gündəlik B vitamini ehtiyacının böyük bir qismini qarşılayır. Bədəndəki zərərli yağ hüceyrələrinin atılmasına və xolesterolun düşməsinə köməkçi olaraq ürəyə də olduqca faydalıdır.

Quru alça

Antioksidant nisbəti ən yüksək qidalardan biri olan quru alça ürək xəstəlikləri riskini azaldır. 16 ədəd quru alça günlük lif ehtiyacının 20-25 %-ni qarşılayır.

Yer alması

Yer alması A və C vitaminləri, kalsium, dəmir və fosfor mineralları baxımından zəngin bir qidadır. O, sərbəst radikalları bədəndən ataraq ürək sağlamlığını qoruyur. Qida dəyərləri ilə də qan azlığında olduqca faydalıdır.

Papaya

Papaya ekzotik meyvələr arasında olduqca önəmli bir yerə malikdir. Zülal, mineral və vitaminlər kimi gündəlik alınması lazım olan qidaların əhəmiyyətli bir qismini papayadan təmin edə bilərsiniz. Onun meyvəsi yetişdikcə tərkibindəki C vitamini miqdarı da artır. Papayanın tərkibindəki həzm sistemini nizama salan fermentlər ürək əzələlərini qoruyar və tərkibində olan kaliumda ürəyi bəsləyər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm