Yüksək təzyiqin səbəbi
Bizi izləyin

Sağlamlıq

Yüksək təzyiqin səbəbi

Publika.az xəbər verir ki, Yamaikada edilən bir araşdırma, 5 yaşından əvvəl pis qidalanan uşaqların, böyüyəndə yüksək təzyiq xəstəsi olma ehtimalının artdığını göstərib.

West Indies Universitetindən elm adamları, uşaqlığında pis qidalanan 116 yetkin insan və balanslı qidalanan 45 nəfərin sağlamlıq vəziyyətini araşdırıb. 5 yaşından əvvəl pis qidalananların təzyiqinin yüksək olduğu təyin olunub. Həmçinin bu kəslərdə ürəyə qan axımının daha yavaş olduğu ortaya çıxıb.

Araşdırmanın nəticələri, "hypertension" jurnalında nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm