• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanda uşaqların yarısı öldürülür

Azərbaycanda uşaqların yarısı öldürülür

Azərbaycanda hamiləliklərin 46 faizi diri doğuşla başa çatır, 49 faizi isə abortla dayandırılır.

Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu, Dövlət Komitəsi və BMT-nin Əhali Fondu tərəfindən 2012-ci ildə keçirilən və 2013-cü ildə nəticələri çap edilən "Azərbaycanda doğulan uşaqların cinsə görə nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat"da öz əksini tapıb.

Tədqiqatda qeyd edilir ki, süni abortla dayandırılan hamiləliklərin sayı qadının yaşı və hamiləliklərin sıra nömrəsi artdıqca daha da yüksəlir. 34-35 yaş arası qadınlar arasında hamiləliklərin dörddə üç hissəsi abortla nəticələnir.

Azərbaycanda abortlar əsas etibarilə ailəli qadınlar tərəfindən ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə olunur. İlk hamiləliklərin yalnız 2 faizi abortla nəticələnir, lakin beşinci və daha sonrakı hamiləliklərdə bugöstərici 83%-ə qalxır. Ailədə olan uşaqların sayı artdıqca abortu həyata keçirən qadınların faizi də çoxalır.

Tədqiqatın nəticələrinə görə, ailəli qadınların yarıdan çoxu (56%) ən azı bir abort əməliyyatı keçirib. Abort əməliyyatı keçirmişlərin faizi yaş artdıqca çoxalır. 40-44 yaşdan başlayaraq qadınların dörddə üçü (73 faiz) həyatlarında ən azı bir abort əməliyyatı etdirib.

Quba-Xaçmaz və Lənkəran regionlarında bu təcrübə (müvafiq olaraq 44 və 47 faiz) ən aşağı səviyyədədir, lakin Gəncə-Qazax regionunda (62 faiz) ən yüksək səviyyədədir.

Təhsil səviyyəsinə gəldikdə, ən aşağı təhsilli və ən yuxarı təhsilli qadınlar başqa qadınlara nisbətən daha az abort əməliyyatı keçirirlər. Qadınların maddi vəziyyətinə görə nəzərəçarpacaq fərq müşahidə olunmur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR