Sağlam yuxu üçün nə etməli?
Bizi izləyin

Sağlamlıq

Sağlam yuxu üçün nə etməli?

Yuxu ilə bağlı problemlərin səbəbi müxtəlif olduğu kimi onların müalicə üsulu da müxtəlifdir.

Publika.az-ın məlumatına görə, yuxunun tənzimlənməsi üçün bəzi məhsulların mütəmadi olaraq qəbulu məsləhət görülülr.

Yuxudan öncə nə yemək və içmək lazımdır?

Yaxşı yuxu sağlamlığın təminatıdır. Yuxu pozğunluqları bir çox xəstəliklərə səbəb ola bilər. Rasionun korreksiyasi həqiqətən yuxusuzluq və digər yuxu problemlərində köməkçi ola bilər. Beləliklə serotonin və triptofan nə deməkdir?

Baş beyində serotoninin (yuxu hormonu) atılması və karbohidratlar arasında müəyyən əlaqə vardır. Buna görə yatmazdan 1 saat öncə yeyilən az miqdarda zülal və karbohidrat tərkibli qida serotoninin artmasina səbəb ola bilər. Niyə?

Serotonin maksimal ayrılması üçün 2 əsas lazımdır. Triptofan - serotonin ayrılması üçün xammal olan amin turşuları. Zülal tərkibli məhsullarda vardır. Karbohidratlar - siz karbohidrat yedikdə, orqanizm insulin istehsal edir. O isə triptofanın beyinə düşməsi üçün yolu təmizləyir. Buna görə çalışın, yuxudan 1 saat əvvəl az miqdarlı zülal və karbohidratlar tərkibli yüngül qida yeyin.

Bunlardan:

- Süd məhsulları. Süd, kəsmik və yoqurt kimi süd məhsulları insan beynində serotonin hormonunun istehsalına səbəb olur. Serotonin bizə öz növbəsində yuxululuq və rahatlaşma hissi verir. Beləliklə yuxudan öncə 1 fincan süd və ya qatıq yaxşı yuxuya səbəb ola bilər.

- Yumurta. Yağda bişirilmiş yumurta və ya soyutma yumurta orqanizmi lazımı miqdarda triptofanla təmin edir.

- Qoz-fındıq. Araxis və qoz triptofanın mənbəyidir. Hətta araxis yağı ilə buterbrod yuxudan öncə yaxşı yuxunu tənzimləyə bilər.

- Banan. Tərkibində triptofan, serotonin, melotonin və maqnium vardır. Onlar isə əzələ relaksantıdırlar.

- Kartof. Tərkibində triptofan və karbohidratlar vardır.

- Albalı. Melotonin digər yuxu hormonu oub, albalının tərkibində yüksək miqdardadır.

- Bal. Bal - insan beynində oreksinin istehsalının azalmasına səbəb olur. İş bundadır ki, oreksin - yuxusuluğa səbəb olan neyromediatordur. Qanda şəkərin artması onun azalmasına səbəb olur. Bu isə yuxulu vəziyyəti təmin edir.

Hansı məhsulları yuxudan öncə yemək məsləhət deyil?

- Spirtli içkilər, energetik içkilər, qəhvə, tünd çay. Həmçinin sarımsaqdan uzaq olun, belə ki, o qıcqırmaya səbəb ola bilər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm