Mobil telefonların sağlamlığa təsiri
Bizi izləyin

Sağlamlıq

Mobil telefonların sağlamlığa təsiri

Mobil telefonların insan orqanizminə təsiri artıq neçə illərdir ki, alimlərin ən ciddi araşdırma mövzusuna çevrilib. Tədqiqatçıların bu sahədəki qənaətləri müxtəlif olsa da ümumilikdə bu rabitə növünün insan sağlamlığına təsiri o qədər də ürəkaçan deyil.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 10 il ərzində 13 ölkədə aparılmış tədqiqatların nəticəsinə görə mobil telefonlardan çox istifadə edən insanlarda xərçəng xəstəliklərinin yaranma ehtimalı daha böyükdür. Nəticələrə görə mobil telefon aludəçiləri 50 faiz daha çox xərçəng xəstəliklərinə tutulurlar.

Müasir mobil telefonlarla danışan zaman bir dəqiqə ərzində insan beyninə 217 elektromaqnit impuls ötürülür. Təbii ki, bu “zərbə”lərə hamı tab gətirə bilmir. Xüsusilə məktəb yaşlarında olan uşaqlara bu olduqca mənfi təsir göstərir. Buna görə də mütəxəssislər bu yaşda olanlara mobil telefonlardan istifadə etməmələrini tövsiyə edirlər.

İsveçdə aparılmış tədqiqatların nəticələrində aydın olub ki, 8-12 yaşlarında mobil telefondan istifadə edən uşaqlarda artıq 21 yaşlarında beyin şişləri, 18 yaşdan sonra mobil telefonlardan istifadə edənlərdən beş dəfə çoxdur.

Tibbi və biofizika Federal institutunun mütəxəssisləri tərəfindən aparılan tədqiqatların nəticəsi də sevindirici deyil. Belə ki, nəticələrə görə mobil telefondan istifadə zamanı beynin şüalanması 8-10 ildən sonra şişlərin əmələ gəlməsinə səbəb ola bilər.

Alimlərin fikrinə görə mobil telefonların insan sağlamlığına mənfi təsiri kompüterdən, planşetlərdən və televizordan daha çoxdur. Çünki bu rabitə vasitəsindən istifadə edən zaman o beyin və gözlərə ən yaxın məsafədə olur və digər fəsadları ilə yanaşı görmə qabiliyyətinə də mənfi təsir göstərir. Statistik göztəricilər də buna əyani sübutdur. Tayvanlı alimlərin araşdırmaları nəticəsində məlum olub ki, 6-7 yaşında uşaqların, yəni birinci sinif şagirdlər arasında uzaq görmə qabiliyyəti zəif olanlar 21 faizdirsə, yeddinci sinif şagirdləri arasında bu 65 faiz təşkil edir. Bu isə həmin yaşda olan uşaqların mobil telefonlardan daha çox istifadə etmələrinin nəticəsidir.

Mütəxəssislərin qənaətinə görə saatlarla mobil telefonla danışan insanlarda baş ağrıları, yorğunluq və sinir gərginliyi halları daha çox olur və telefona olan aludəçilik immun sisteminə ciddi zərbələr vurur. Mobil telefonlardan istifadənin

həmçinin cinsi fəaliyyətə, yaddaşa, insanın davranışına və psixikasına da mənfi təsirləri var.

İnsan beyninin 25 yaşadək inkişafını nəzərə alsaq mobil telefonların uşaqlar üçün daha çox təhlükəli olduğunu valideynlər diqqətdə saxlamalıdırlar. Çünki Beynəlxalq Xərçəng xəstəlikləri Araşdırma mərkəzi müəyyən edib ki, mobil telefonlarının yaratdığı elektromaqnit sahələri uşaqlarda xərçəng xəstəliklərinin yaranması ehtimalını artırır.

Sözsüz ki, bun gün heç kim öz həyatını mobil telefonsuz təsəvvür edə bilmir. Bu rabitə vasitəsindən istifadə qaçılmazdır. Bunu nəzərə alan alimlər mobil telefonlardan istifadə zamanı daha az mənfi təsirə məruz qalmaq üçün insanları bəzi tövsiyələrə əməl etməyə çağırırlar.

İlk növbədə mobil telefonu işdə və evdə olarkən kənarda saxlamağa çalışmaq lazımdır.

Mobil telefonlardan gün ərzində minimum istifadə edilməlidir.

Daha yaxşı olar ki, mobil telefonla danışan zaman qulaqşıqlardan bə digər xüsusi qurğulardan istifadə olunsun.

Uşaqların yanında “hörmətli” olmaq üçün onları məktəb yaşlarında telefonla sevindirməyin. Əgər onlarda mobil telefonun olmasını vacib sayırsınızsa o zaman onlara sms xidmətlərindən istifadə etməyi öyrədin.

Uzanıb istirahət edərkən, işdə fasilə zamanı, nəqliyyatda olarkən, növbələrdə dayanarkən telefonunuzu əyləncə hədəfinə çevirib özünüzü ondan asılı vəziyyətə salmayın.

Və ən başlıcası elə düşünməyin ki, mobil telefon olmasa həyat dayanacaq. İllər öncə mobil telefon mövcud olmayanda həyat öz axarında davam edib./modern.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm