Rəsulzadənin nəvəsi əməliyyat oldu
Bizi izləyin

Sağlamlıq

Rəsulzadənin nəvəsi əməliyyat oldu

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə Almaniyada böyrək əməliyyatı keçirib.

Hazırda Çarite klinikasının reanimasiya şöbəsində olan Rəis Rəsulzadə ANS -ə bildirib ki, özünü yaxşı hiss etdiyini, əməliyyatın bir neçə saat çəkdiyini bildirib. O, həmçinin əməliyyat, müayinə və müalicə xərclərində göstərdiyi dəstəyə görə prezident İlham Əliyevə təşəkkür edib.

"O, çox mərhəmətli insandır. Allah onun balalarının canını sağ etsin. Gələndə görüşüb təşəkkürümü rəsmi surətdə bildirəcəm. İndi reanimasiyadayam. Danışmağa icazə vermirlər, amma hər şey yaxşıdır”.

Rəis Rəsulzadənin bir müddət Almaniyada müalicə kursu keçəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm