Dəhşətli xəstəliyin müalicəsi tapıldı
Bizi izləyin

Sağlamlıq

Dəhşətli xəstəliyin müalicəsi tapıldı

Raş Universitetinin tibb mərkəzinin mütəxəssisləri darçının təbabət üçün son dərəcə faydalı xüsusiyyətlərini kəşf ediblər.

ANS PRESS-in məlumatına görə, onun tərkibinə daxil olan maddələr insanın baş beyinində degenerativ prosesləri ləngidir. Darçın Parkinson xəstəliyindən əziyyət çəkən xəstələrə daha faydalıdır.

Tədqiqatlar zamanı müəyyən olunub ki, darçın yeyilən zaman orqanizmdə natrium benzoat əmələ gəlir. Bu maddə baş beyinə rahat daxil olaraq sinir toxumasının qorunmasına cavabdeh olan zülalların dağılması prosesini yavaşıdır.

Qeyd edək ki, bu zülallar parkinsonizm zamanı ciddi xəsarət alır. Eksperiment laboratoriya siçanları üzərində aparılmışdır. Məlum olduğu kimi, siçanlar ilə insanın sinir sistemi eyni qanunlara tabedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm